Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nelson Mandelanın anadan olmasının 100 illiyi qeyd edilir - BMT-də

İyulun 18-də Birləşmiş Millətlər Təşkilatında (BMT) dünyanın ən görkəmli liderlərindən biri, irqçiliyə qarşı mübariz, Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandelanın anadan olmasının 100 illiyi qeyd edilir.

Azərtac BMT-nin rəsmi saytına istinadla bildirir ki, Təşkilatın Baş Katibi Antoniu Quterreş Beynəlxalq Mandela Günü münasibətilə videomüraciətində deyib: “Nelson Mandela bütün dünyada ədalət və bərabərlik uğrunda görkəmli mübariz olub. Onun həyatı mərdlik və mərhəmət nümunəsi, bütün bəşəriyyət üçün ilham mənbəyidir. Nelson Mandela uzun illər boyu məhbəsdə qaldığına baxmayaraq, öz keçmişinin əsiri olmayıb”.

Beynəlxalq Mandela Günü Cənubi Afrika liderinin müstəsna xidmətlərinə ehtiram əlaməti olaraq 2009-cu ilin noyabr ayında BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.

A.Quterreşin sözlərinə görə, Mandela öz enerjisini çoxmillətli dinc və demokratik Cənubi Afrika haqqında arzusunu həyata keçirməyə və barışığa nail olmağa sərf edib. Baş Katib deyib: “Tarixdə bütün insanları öz arzusuna inanmağa məcbur etmək və onları fəaliyyətə sövq etmək üçün bir şəxsin bu qədər çox iş görməsi halları az-az tapılar”.

2015-ci ilin dekabr ayında BMT Baş Məclisi Beynəlxalq Nelson Mandela Gününün məzmununu genişləndirərək “Nelson Mandela qaydaları” adlı sənədi tətbiq edib. Məhbuslarla rəftarda BMT-nin standartlarını müəyyən edən bu qaydalara görə məhbuslara işgəncələr verilməsi, onlarla qəddar davranış, habelə məhbusların təkadamlıq kameralarda saxlanması və intruziv axtarış tamamilə qadağan edilir.

BMT-nin Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə idarəsinin icraçı direktoru Yuri Fedotov deyib: “Nelson Mandela ədalət uğrunda mübarizədə ömrünün 27 ilini həbsxanada keçirib. O, hamıdan yaxşı bilirdi ki, ölkədə həqiqi vəziyyəti yalnız barmaqlıqlar arxasında olarkən anlamaq mümkündür. Ölkə haqqında həmin cəmiyyətdə imtiyazlı təbəqələrlə deyil, aşağı təbəqələrlə necə rəftar edilməsinə əsasən mühakimə yürütmək olar”.

Onun sözlərinə görə, İdarə məhbusların layiqli şəraitdə saxlanmasını təmin etmək məqsədilə “Nelson Mandela qaydaları”nın tətbiq olunmasında ölkələrə kömək etməyə hazırdır. Fedotov vurğulayıb: “Bu il biz daha yaxşı və daha ədalətli dünya qurulması üçün çox iş görmüş həqiqi qəhrəmanın anadan olmasının 100 illiyini qeyd edirik”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar