Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti cüzi artıb

Ötən həftə ərzində 4 %-dək ucuzlaşan neft yeni həftəyə cüzi bahalaşma ilə başlayıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,47 % bahalaşaraq 83,39 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,42 % artaraq 1 bareli 76,87 ABŞ dolları təşkil edib.

ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, eləcə də ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 16,3 milyon barel artması ilə bağlı məlumatlar ötən həftə ərzində neft qiymətlərinin 4 %-dək düşməsinə səbəb olub.

Hazırda əsas diqqətlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürüdəcəyi siyasətə yönəlib. FED mart ayında uçot dərəcəsini yenidən qaldıra bilər.

Xatırladaq ki, ötən il yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini 7 dəfə artırıb ki, bu da həm resessiya risklərini artırıb, həm də neft tələbi ilə bağlı gözləntilərə də təsir edir.

Poliqon.info


Etiket: neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar