Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nefti ucuzlaşdırmaq planı: Bayden Çin liderinə nə təklif edib...

ABŞ prezidenti Cozef Bayden Çin lideri Si Tszin Pinə neftin qiymətini aşağı salmaq üçün ortaq hərəkət planı təklif edib. Bu haqda “South China Morning” nəşri öz mənbələrinə istinadən yazır. Bildirilir ki, təklif ABŞ prezidentinin Çin lideri ilə videokonfrans formatında bu günlərdə baş tutmuş danışıqları zamanı irəli sürülüb.

Təklifə əsasən ABŞ və Çin öz strateji neft ehtiyatlarının “qapılarını birlikdə açaraq” qiyməti kəskin aşağı sala bilər. Bu təklif RusiyaSəudiyyə Ərəbistanının OPEC+ sövdələşməsində nəzərdə tutulduğundan artıq həcmdə neft hasil etmək çağırışlarını rədd etməsindən sonra meydana çıxıb.

Bildirilir ki, həm Çin, həm ABŞ enerji daşıyıcılarının yüksək qiymətindən ziyan çəkir. Hazırda hər iki ölkənin energetika nazirlikləri təklifin detallarını müzakirə edir. Çin tərəfi hələlik konkret öhdəliklər götürməyib və öz daxili tələbatını nəzərə alaraq hərəkət edəcəyini bildirir.

ABŞ-ın strateji neft ehtiyatlarının həcmi hazırda 727 milyon barrel təşkil edir, Çində isə 200 milyon barrelə yaxın ehtiyat neft var. Bu ehtiyatlarının bir hissəsinin bazara çıxarılması dünya bazarında neftin qiymətlərinə ciddi təsir göstərə bilər.

“South China Morning Post” hesab edir ki, ABŞ ola bilsin yaxın günlərdə strateji ehtiyatların bir hissəsini satışa çıxardığını elan edəcək, hətta Pekin onun təklifini dəstəkləməsə belə.

Neftin qiymətlərinin indiki səviyyəsi həm Çini, həm ABŞ-ı qane etmir. Çin iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşmasından ziyan çəkir, çünki bu ölkədə istehsal edilən və dünyanın hər yerinə ixrac edilən malların maya dəyəri artır. Nəticədə Çin mallarına tələbat azalır. ABŞ-da isə neftin sıçrayşla bahalaşması son 30 ildə ən yuxarı inflyasiya həddinə (6.2 faiz) gətirib çıxarıb.

Hasilatın artırılması üçün OPEC+ ölkələrinə göstərilən təzyiqlər nəticə verməyib və ona görə də ABŞ-da strateji ehtiyatların satışa çıxarılması, hətta ölkədən neft ixracının qadağan edilməsi təklifləri səslənir. Lakin analitiklərə görə, ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla qiyməti uzun müddət aşağı saxlamaq mümkün olmayacaq. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Ən çox oxunanalar