Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov zavod tikdirib, pulunu verməyib

Sahibkar İşlər İdarəsinin müdirinin ona sifarişlə zavod tikdirib, pulunu ödəmədiyini deyir...

Sərvər Məmmədov: “Xəlilovlardan soruşan yoxdur ki, zavodun tikintisindən xəbəriniz yox idisə, niyə oğlunuzun adına eyni adlı “Azdekopanel” şirkətini açırdınız?”

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyim ”SV Qrup" MMC-nin milyonlarla manat pul vəsaitlərini müxtəlif bəhanələrlə ödəməkdən yayınır".

Bu sözləri “Yeni Müsavat”a MMC-nin həmtəsisçisi və direktoru Sərvər Yunus oğlu Məmmədov deyib. Onun sözlərinə görə, Hikmət Xəlilovun qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə və baş prokurora ardıcıl şikayət ünvanlayıb:

“Şikayətlərimə Prezident Administrasiyasından və hüquq-mühafizə orqanlarından bu günə qədər reaksiya verilməyib. Hikmət Xəlilov bizim şirkətə Qobu qəsəbəsində tikinti materialları zavodu - ”Azdeko Panel"in inşasını, o cümlədən atasına, oğluna, özünə aid evlərin, həmçinin Nərimanov rayonu ərazisində yerləşən MİS binasının (Saatlı binanın yanı) sökülərək yerində inşa edilən Gülsüm Hidayət qızı Musayevaya məxsus 3 mərtəbəli obyekt, həmin ünvanda oğlu Davud Xəlilova ad günü hədiyyəsi olaraq ticarət obyekti sifariş verib və tikdirib. Sonradan Davuda və Gülsüm xanıma aid obyektlərin tikintisinə öz narazılığını bildirən Günəş adlı qonşu xanıma şikayətini geri götürməsi müqabilində mağaza tikilərək hədiyyə olunub. Xətai rayonu ərazisində Hikmət Xəlilovun general dostuna məxsus ticarət obyekti, Kamil Musəviyə aid Bilgəh ərazində yerləşən bağ evi tikdirib.

Tikintisi şirkətimə sifariş olunan zavodun smeta dəyəri 1 milyon 450 min manat hesablanmışdı. Şirkət bu smeta əsasında zavodun tikintisinə başladı. Vaxtında və  yüksək keyfiyyətlə zavodu tikib təhvil verdik. Buna baxmayaraq, Hikmət Xəlilov bizə olan borcunu ödəmədi. Borcunu ödəmədiyindən, onun işə cəlb etdiyi sahələr üzrə “SV Qrup” MMC-nin xeyli vergi, bank öhdəlikləri, faizləri hesablanmaqla bu gündə qalmaqdadır.

Bunlar azmış kimi Hikmət və Südabə Xəlilovlar Qobu qəsəbəsində onların sifarişi ilə inşa edilən tikinti materialları zavodunu guya, əslində sifariş vermədiklərini, dövlətin icazə sənədlərində həmin obyektin ofis və anbar kimi qeydiyyatdan keçdiyini iddia edirlər. Xəlilovlar deyirlər ki, guya 5.97 hektar ərazidə onları aldadaraq, onların sifariş etmədikləri zavodu qanunsuz tikmişəm. Bu absurd iddialarını məhkəməyə də daşıyıblar. Əlimizdə olan ciddi sənədlər, xüsusən Hikmət Xəlilovun 2016-cı ildə Nərimanov rayon Polis İdarəsində verdiyi izahatı və Südabə xanımla elektron poçt üzərindən yazılı təmaslar, həmçinin məlum ərazidə çalışan işçilərin şahidlikləri aşkar sübut edir ki, Südabə xanım və Hikmət Xəlilov anbar və ofis  deyil, normal bir zavod tikilməsini sifariş veriblər. Zavodun açılışında Südabə Xəlilova şəxsən iştirak edib. Buna baxmayaraq məhkəmədə verdiyi izahatında bildirir ki, qeyd olunan tarixdə zavodun tikintisi başa çatdırılmayıb. Məhkəməyə Googlemapdan (peykdən görüntü) həmin tarixdə çıxarış təqdim etməyimizə, Südabə Xəlilova ilə apardığımız elektron yazışmalar, Nərimanov rayon Polis İdarəsində Hikmət Xəlilovun verdiyi izahat və digər sübutedici sənədlər, şahidlər olmasına baxmayaraq məhkəmə bunları nəzərə almadı. Sonradan hakim etiraf etdi ki, qarşı tərəfə gücü çatmır. Bizim ziyanımıza qərar çıxarıldı. Lakin Ali Məhkəmə həmin qərarı ləğv etdi".

Hikmət Xəlilov: “Bu iş məhkəmədədir, ona görə də şərh etmək, açıqlama vermək istəmirəm”

Müflis duruma düşən sahibkar deyir ki, şirkətin həmtəsisçisi həmin dövrdə məhkəmədə iştirak etmədiyindən, o zaman məhkəmə ona aid hissədə qərarı qüvvədə saxlayıb: “Məhkəmədə Hikmət və Südabə Xəlilovlardan soruşan yoxdur ki, əgər zavodun tikintisindən, istehsal olunacaq mallardan xəbəriniz yox idisə, niyə oğlunuz Davudun adına eyni adlı ”Azdekopanel" şirkətini açırdınız?

Niyə şirkət reklamlarının işlənməsinin, tərcüməsinin birbaşa özünüzün rəhbərliyinizlə aparılmasına israr edirdiniz? Niyə bu gün də zavodun həyətində olan 4 min kvadrat metrdən çox malın istehsalına göstəriş verirdiniz? Niyə zavodun açılış tədbirini təşkil etməklə bərabər, özünüz də bilavasitə iştirak etməklə lent kəsirdiniz?"

Müflis duruma salınmış sahibkar redaksiyamız Hikmət Xəlilova ünvanladığı “Pritenziya Məktubu”nun da surətini təqdim edib. Həmin məktubunda o, yazır:

“Hörmətli Hikmət müəllim!

Bildirmək istəyirəm ki, biz  “SV QRUP” MMC olaraq 2009-cu ildən Sizinlə əməkdaşlıq etmişik. Əməkdaşlıq etdiyimiz illər ərzində tərəfinizdən verilmiş bütün tapşırıqları yerinə yetirmişik. Nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2013-cü il tarixində təməlini atdığımız “Azdeko Panel” zavodunun tikintisinə 1094462 manat, həmin obyektin istehsal avadanlıqlarının alınmasına  270348 ABŞ dollar, Bakı şəhəri, Musayeva Gülsüm Hidayət qızının adına rəsmiləşdirilmiş Heydər Əliyev prospekti, 99.1 ünvanında yerləşən  3 mərtəbəli ofis binasının tikinti və təmirindən qalıq borc  261000 manat, Axundov  bağı yaxınlığında yerləşən Sizin ailəyə məxsus mansartın təmir və tikinti işlərindən qalıq borc 28000 manat, Xətai rayonu ərazisində yerləşən ofis binasının təmirindən qalıq borc 83000 manat, Kamil Dilbazova məxsus Bilgəh qəsəbəsində yerləşən villanın təmir və tikinti işlərindən qalıq borc 18000 manat,  oğlunuz Davuda məxsus evin təmirindən qalıq borc 9000 manat, qardaşınız oğluna məxsus köhnə “Sovetski” deyilən ərazidə yerləşən mənzilin təmirindən qalıq borc 8000 manat, “Safir Plaza” da  yerləşən “Yoqa” mərkəzin söküntü işlərindən qaliq borc 5000 manat, ümumilikdə 1506462 manat və 270348 ABŞ dolları  borcunuz qalmışdır.  Xahiş və tələb edirik ki, yuxarıda qeyd edilən borcunuzu tez bir zamanda şirkətə ödəyəsiniz".

İttihamlara Hikmət Xəlilovun münasibətini öyrənmək üçün onunla əlaqə saxladıq. İşlər İdarəsinin müdiri deyir ki, iş üzrə məhkəmə gedir: “İddiası varsa, məndən pul istəyirsə, məhkəməyə müraciət edib. Bu adam istəyir ki, mən gecəni yatmayım, əsəb keçirim. Təsəvvür yaradır ki, mən məmuram, bu da yazıq sahibkardır, mən bunu yıxıb-sürüyürəm. Mən bunları başa düşürəm. Bu məsələlərə qəzet baxmır, məhkəmə baxır. Mən sizə müsabiqə vermək istəmirəm. Bu, biabırçılıqdır”. (Yeni Müsavat)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar