Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - Siyahı

Nazirlər Kabinetində (NK) aparılan struktur dəyişikliklərinin detalları məlum olub...

PİA.az xəbər verir ki, dəyişikliklərdən sonra NK-da Baş Nazirin I müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

Bundan başqa, İqtisadiyyat, Xarici iqtisadi əlaqələr, Beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi yaradılıb. Həmçinin Humanitar və sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və Humanitar məsələlər şöbələri təsis olunub.

NK-nın Beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

NK-nın Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.

NK-nın Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

Kabinetin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi də ləğv olunub. Bunun əvəzinə yeni Ümumi şöbə təsis edilib.

Nazirlər Kabinetinin İşlər müdirinin adı dəyişdirilib və İşlər İdarəsi adlandırılıb.

Yeni strukturda Mətbuat xidməti olduğu kimi saxlanılıb. (Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar