Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir xəbərdarlıq etdi - Bundan sonra korrupsiya və xaosun hökm sürdüyü satınlamalarda “qaydalar” dəyişəcək?..

Mikayıl Cabbarov kiçik və orta biznesin dövlət sifarişlərinə daha çox cəlb edilməsinin anonsunu verdi - Satınalmalarda qanunsuzluqlar artadan qalxacaqmı?..

İqtisadçı-ekspert: “Mikayıl Cabbarovun dediklərində həqiqət var. Ancaq nazir nəticəni deyir... Biz iqtisadçılar illər boyu bu problemləri təkrar edirik. Amma dəyişən bir şey yoxdur. Bunlar Vəlini, Əli ilə dəyişirlər. Əli də həminki Vəli kimi işləyir”.

“Satınalmalar əsas olaraq SOCAR-da illik 3 milyard dollardan yuxarı idi. Amma bu sifarişlər yerli şirkət adı ilə bir günlük yaradılmış MMC-lərə verilirdi”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli iqtisadiyyat naziri Mikayıl Cabbarovun kiçik və orta bines dövlət sifarişlərinə daha çox cəlb edilməlidir çağırışını PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib ki, kiçik və orta bines dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Hazırda bilirik ki, dövlət sifarişləri ilə bağlı ölkədə çox ciddi problemlər var. Bir qayda olaraq böyük tenderləri heç kimin tanımadığı, dövlətə vergi borcu olan və ofisi, işçisi olmayan bir iki aylıq MMC-lər qazanır. Hər şeydən də görünür ki, bu sahədə böyük bir şəbəkənin monopoliyası fəaliyyət göstərir və mətbuat artıq uzun illərdir ki, bu sahədəki qanunsuzluqları və korrupsiyanı işıqlandırsa da vəziyyət dəyişmir.

Nazirin verdiyi bu anonslardan sonra dövlət satınalınmalarında vəziyyətin dəyişəcəyinə ümid etmək olar?

Ölkədəki kiçik və orta sahibkarlığın vəziyyətini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Məmurlar Azərbaycanda istehsal olunan müxtəlif qida məhsullarının belə dövlət satınalmalarında isifadə edilməsinə imkan vermirlər”.

Ölkədə satınalmalar sahəsində böyük maliyyə fırıldaqlarının həyata keçirildiyinə diqqət çəkən ekspert PİA.az-a bildirib ki, sifarişlər yerli şirkət adı ilə tender elanından bir neçə gün əvvəl yaradılmış MMC-lərə verilir. Misal üçün bir ünvanda 300-dən artıq MMC qeydiyyatdan keçib. Həmin MMC-lər 100 miyardlarla tender sifarişlərini alıblar və pulları xaricə köçürərək qiymətləri bahalaşdırırar:

“Ümid edək ki, nazirin anonsundan sonra bu sahədə dəyişiklik olacaq. Ümumilikdə götürsək dövlət satınalmaları sahəsində böyük maliyyə fırıldaqları həyata keçirilir və bu tenderləri qazanan şirkətlər heç də real kiçik və orta biznesə aid deyil. Bu şirkətlər əslində məmurların korrupsiya aləti rolunda çıxış edir.

Misal üçün, bildiyimiz kimi satınalmalar SOCAR-da illik 3 milyard dollardan yuxarı idi. Amma bu sifarişlər yerli şirkət adı ilə tender elanından bir neçə gün əvvəl yaradılmış MMC-lərə verilirdi. Hətta elə ünvanlar var idi ki, o ünvandan 300-dən artıq MMC qeydiyyatdan keçib. Həmin MMC-lər 100 miyardlarla tender sifarişlərini alırdılar və pulları xaricə köçürərək qiymətləri bahalaşdırırdılar. Həm də bu neftin maya dəyərinə təsir edirdi. Bu şirkətlərin hamısı müəyyən iri çaplı məmurların korrupsiya alətidir və bu uzun illərdir ki, davam edir. Təəssüf doğuran hal isə odur ki, bu halların qarşısını alacaq nazirliklər həmin məmurların şəriki kimi çıxış edir.

Eyni zamanda bunu İnvestisiya Holdinqinə verilmiş bütün dövlət şirkətlərinə aid etmək olar. Hətta Məmurlar Azərbaycanda istehsal olunan müxtəlif qida məhsullarının belə dövlət satınalmalarında isifadə edilməsinə imkan vermirlər. İxracı artırmaq adına həmin məhsullar xaricə satılır, əvəzində isə xaricdən daha keyyfiyyətsiz məhsul idxal olunur. Amma ölkədə istehsal olunan ərzaqlar ölkənin daxilində istifadə olunsa, misal üçün ordunun ehtiyacları üçün alınsa, Azərbaycan iqtisadiyyatı özünü dirçəldər. Həm də sifarişlər artar və yerli mal bazarda üstünlük təşkil edər. Bu, həm də fermerlərin, o cümlədən başqa sahələrdə çalışan kiçik və orta biznesin maliyyə mənbəyi ilə təmin olunmasına yol açar.

Nazim Bəydəmirli: “Hesab edirəm ki, səbəbi aradan qaldırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, yüksək çinli məmurların və dövlət qurumlarından işləyənlətin əmlak və gəlir deklarasiyası təmin olunmalıdır”.

Təsəvvür edin ki, təkcə ordunun və dövlət müəssisələrinin ərzaq təminatı üçün ildə 700-800 milyon manat vəsait xərclənir. Bəzən biz görürük ki, yerli kartofu deyil, xarici kartofu alırlar. Həm də baha qiymətə alırlar. Nəticə etibarilə də korrupsiya, rüşvətxorluq çiçəklənir. Dövlət vəsaitləri də səmərəsiz xərclənir.

Mikayıl Cabbarovun dediklərində də həqiqət var. Ancaq nazir nəticəni deyir. Hesab edirəm ki, səbəbi aradan qaldırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, yüksək çinli məmurların və dövlət qurumlarından işləyənlətin əmlak və gəlir deklarasiyası təmin olunmalıdır.

Biz iqtisadçılar illər boyu bu problemləri təkrar edirik. Amma dəyişən bir şey yoxdur. Bunlar Vəlini, Əli ilə dəyişirlər. Əli də həminki Vəli kimi işləyir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sahibkarlıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar