Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir təyinatı təkzib olunan polis general-mayoru kimdir?


Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən uzaqlaşdırılandan bəri onun postuna təyinat olmayıb


Bir neçə gün əvvəl polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyinatı haqda məlumat yayılmışdı. Az keçmədi ki, həmin məlumat rəsmi qaydada təkzib olundu. Buna baxmayaraq, R.Abbasovun personasına diqqət artıb.

Qeyd edək ki, Naxçıvan rəhbərliyindəki mənbəyə istinadən yayılan məlumatda Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunduğu bildirilsə də, Azərbaycan DİN bu məlumatı rəsmi şəkildə təkzib etdi.

Kimdir R.Abbasov?

Polis general-mayoru R.Abbasov hazırda Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edir. Bundan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirib. 1979-1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləyib. 1996-2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001-2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002-2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004-2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin noyabrından Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsini tutub. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 28 dekabr 2007-ci ildə isə polis general-mayoru xüsusi rütbəsi verilib. Ailəlidir, iki övladı var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar