Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Bəxtiyar Hacıyevə cavab verdi

Kənd təsərrüfatı naziri İnam Kərimov ictimai fəal Bəxtiyar Hacıyevin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib

Nazirin fikirlərini ixtisarsız təqdim edirik:

"Bəxtiyar, Bu mənim şəxsi və sərbəst fikirimdir. Nə demişəmsə, hamisini yenə də təsdiq edirəm.

"Sədaqətli kadr" özünü ilk növbədə keyfiyyətli işi ilə, həm də ictimai sözüylə təsdiq etməlidir. Harvardda bunu sizə öyrətmiş olmalıdırlar.

PS. səndən incimiş olsaydim, reaksiya verməzdim".

Xatırladaq ki, Bəxtiyar Hacıyev nazir İnam Kərimovu Əli İnsanovla bağlı söylədiyi fikirlərinə görə tənqid edib:

"Nazir İnam Kərimovun zaman-zaman bir çox qərarlarını, addımlarını şəxsən, ya da publik olaraq tənqid etmişəm. Bəzən hiss etdirməsə də, tənqid və iradlarıma görə incidiyini də bilirəm. Amma, etiraf etmək lazımdır ki, "ASAN Xidmət" ideyasının NİİM kimi uğursuz bir təşəbbüs yox, "Azərbaycan brendi", digər gənc məmurlara örnək olacaq bir yol kimi açılmasında onun şəxsi və peşəkar keyfiyyətləri də rol oynayır. İ.Kərimov başda olmaqla, bir çox gənc məmur gənclər arasında ölkənin gələcəyinə fərqli baxmaq üçün ümid yarada bilmişdilər.

Sözüm onda yox. Sözüm ondadır ki, vəlvələdən, ya da zəlzələdən, hansısa formada İ.Kərimova Əli İnsanov haqqında sual verib, onu tənqid etdirmək, İ.Kərimovu xora qoşub, "erməni əsgərləri günəş üzü görmür, çünki, qorxularından səngərdən başlarını qaldıra bilmirlər" deyən deputat Elman Nəsirovla eyni sıraya qoymaq lazım deyil. Əli İnsanovun siyasi ambissiyalarına qarşı cavab veriləcəksə (düşünürəm ki, bu kampaniya ilə onun çəkisini lazım olandan çox artırırlar), bunu Elman Nəsirova, Siyavuş Novruzova, Əhəd Abıyevə və digərlərinə etdirin. Onların başqa "faydalı" işləri yoxdur, onsuz da. İmkan verin, kimlərsə sırf sizə sədaqətini göstərmək üçün onların ritorikasından bir az uzaq qalsın, ümidi öldürməyin.

"Sədaqətli kadr" prinsipiniz isə çox uğursuz yanaşmadır. Bu barədə isə sonra yazacam ki, sizə "sadiq" Siyavuş Novruzovun vurduğu zərbəni heç ən "sadiq olmayan" müxalifətçi də vurmayıb. Bu barədə sonra...".(Demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Ən çox oxunanalar