Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək"

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın "Focus" informasiya agentliyinə müsahibəsində deyib

Nazir bildirib ki, enerji sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir: "Ümid edirik ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək və beləliklə 2020-ci ildən etibarən Azərbaycan qazının Bolqarıstana nəqlini mümkün edərək həm enerji, həm də digər sahələrdə əməkdaşlıq üçün yeni və əlavə imkanlar açacaq".

E.Məmmədyarov qeyd edib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə nəql olunacaq 1 milyard kubmetr Azərbaycanın təbii qazı isə Bolqarıstanın təbii qaza hazırkı tələbatının üçdə birinə bərabərdir: "Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsi gündəmdədir".

Nazir deyib ki, 6-8 noyabr 2018-ci il tarixlərində Sofiya şəhərində Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti 5-ci iclasının, eləcə də iclas çərçivəsində Azərbaycanın 30-a yaxın qida məhsulları və şərab istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin iştirakı ilə ixrac missiyası və biznes forumun təşkili nəzərdə tutulur:

"Vurğulamaq istərdim ki, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanlar mövcuddur. Ümidvarıq ki, komissiyanın iclası və ixrac missiyasının səfəri ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Ümumiyyətlə, Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri baxımdan nikbinik. Azərbaycan Bolqarıstanla əməkdaşlığı bir çox sahələr üzrə dərinləşdirmək və genişləndirmək niyyətindədir və bu arzunun qarşılıqlı olmasından məmnunuq. Bu xüsusda əminik ki, bundan sonra da həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalar, o cümlədən Avropa İttifaqı çərçivəsində siyasi dialoqumuz yüksək səviyyədə davam edərək strateji tərəfdaşlığımızı irəlilədəcək". (trend)

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar