Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində dekabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib...

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Nazirlər Kabinetinin 2023-cü il 1 dekabr tarixli Qərarı ilə “Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları(qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentliyin fəaliyyət istiqaməti muxtar respublika ərazisində geoloji tədqiqatları təşkil etmək, yer təkinin öyrənilməsi ilə əlaqədar işləri həyata keçirmək və müvafiq xəritələri tərtib etməkdən ibarətdir. Həmçinin süxurların tərkibində qara, əlvan və nəcib metalların miqdarını müəyyən etmək, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji və geoekoloji öyrənilmə istiqamətində işlər agentlik tərəfindən həyata keçiriləcək.

“Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziriliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 2023-cü il 8 dekabr tarixində Sərəncamı imzalanıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları(dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, Nazirliyin işçilərinin ümumi say tərkibi barədə təkliflərini, o cümlədə müvafiq qərar layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bundan başqa, Nazirlər Kabinetinin “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Naxçıvan Yun Tədarükü və Qəbulu İdarəsinin yaradılması barədə” qərarları ləğv edilib.

“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi və ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 2023-cü il 11 dekabr tarixində Sərəncam imzalanıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

“Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı ləğv edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar