Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Ermənistandakı indiki vəziyyət bir Suriya, Yəmən modelidir...

Ermənistanda Rusiyanı düşmən kimi qəbul edən kütlə durmadan artır...

Politoloq: “Ermənistanın Rusiyanın orbitindən çıxaraq Qərbə yaxınlaşması, siyasi, iqtisadi əlaqələrə girməsi ən azından nəzəri olaraq mümkün variantdır. Ancaq bu problemi həll edirmi? Əsas sual budur”.

“Bu gün Fransa daha çox Ermənistanda yerləşməyə cəhd edir. Bu erməniləri sevdikləri üçün deyil. Sadəcə olaraq, Cənubi Qafqazda növbəti müstəmləkə obyekti qura bilmə ehtimalı olduğu üçün belədir”.

Bu sözləri politoloq Natiq Miri ErmənistanRusiya arasında baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanla Rusiyanın münasibətləri artıq demək olar ki, pozulub. Hazırda Ermənistanda Rusiyanı düşmən kimi qəbul edən kütlə durmadan artır. Digər tərəfdən Rusiyadan verilən açıqlamalar da Moskvanın Rusiyanı heç də dost və müttəfiq ölkə olaraq görmədiyini ortaya qoymaqdadır.

Moskva-İəvan gərginliyinin pik səviyəyə çıxdığı şəraitdə Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərblə siyasi, iqtisadi ittifaqa girməsini mümkün hesab etmək olar? Ümumiyyətlə, Ermənistanın Rusiyanın əhatə dairəsindən çıxması nəyin hesabına başa gələ bilər?

Ermənistanın Rusiyadan uzaqlaşmaq siyasətini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiyanın orbitindən çıxıb Cənubi Qafqazla həmsərhəd olmayan digər qlobal güclərin iqtisadi, siyasi əməkdaşlığı kontekstində onlarla müttəfiq olma istəyi Ermənistanın problemini həll etməz”.

Ermənistanın ilk növbədə Rusiyanın təsir dairəsindən çıxması üçün Rusiyanın nəzarətində olan enerji, iqtisadi, ticarət kommunikasiyaları əvəz edilməli olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, mütləq mənada bunlara alternativ tapılmalı, sözün əsil mənasında Ermənistanın tam təhlükəsizliyi təmin edilməlidir:

Ermənistanın Rusiyanın orbitindən çıxaraq Qərbə yaxınlaşması, siyasi, iqtisadi əlaqələrə girməsi ən azından nəzəri olaraq mümkün variantdır. Ancaq bu problemi həll edirmi? Əsas sual budur. İlk növbədə Ermənistanın özü bir subyekt olmalıdır. Yoxsa ki, bir təhlükəsizlik çətirindən çıxıb, başqa bir təhlükəsizlik çətirinin altına girmək Ermənistanı müstəqil subyekt etməz. Yəni, özünün təhlükəsizliyini qoruya bilməyən heç bir dövlət başqa hegemon güclə bərabər hüquqlu münasibətlər sistemi qura bilməz. Mütləq mənada Ermənistan alternativ güc mərkəzinin yenə də vassalı olmağa davam edəcək.

Bu gün Fransa daha çox Ermənistanda yerləşməyə cəhd edir. Bu erməniləri sevdikləri üçün deyil. Sadəcə olaraq, Cənubi Qafqazda növbəti müstəmləkə obyekti ola bilmə ehtimalı olduğu üçün belədir. Əlbəttə, Fransanın erməni yönümlü addımlarına erməni lobbisinin təsirləri mövcuddur. Ancaq bir də Fransa dövlətinin özünün geosiyasi maraqları var. Fransa hər bir zaman müstəmləkə ölkə olub. Məhz Cənubi Qafqaz ölkəsi olan Ermənistana yerləşməklə gələcək prespektivdə bütün Cənubi Qafqaza sirayət etmək istəyir. Eyni şeyi Avropa Birliyi, ABŞ da etməkdə davam edir. Yəni, bu bir ekspansiyadır.

Ayrıca, Rusiyanın orbitindən çıxıb Cənubi Qafqazla həmsərhəd olmayan digər qlobal güclərin iqtisadi, siyasi əməkdaşlığı kontekstində onlarla müttəfiq olma istəyi Ermənistanın problemini həll etməz. Ermənistan mütləq mənada regionda həmsədr olduğu ölkələrlə barış vəziyyətində yaşamalıdır. Azərbaycan, Türkiyə, Rusiya ilə düşmən vəziyyətində olan Ermənistan deyək ki, Qərblə ittifaq səviyyəsində olsa, bu Ermənistana nə qazandıracaq? Ermənistanı təhlükədən sığortalayacaqmı? Kimsə, hər hansı bir dövlət gəlib Ermənistanda Rusiya ilə üz-üzə duracaqmı? Ən azından ortada Ukrayna praktikası var.

Natiq Miri: “Azərbaycan, Türkiyə, Rusiya ilə düşmən vəziyyətində olan Ermənistan deyək ki, Qərblə ittifaq səviyyəsində olsa, bu Ermənistana nə qazandıracaq?”.

Bu gün nə ABŞ, nə Fransa, nə də digər Avropa ölkələri birmənalı olaraq Ukraynaya müdaxilə edə bilmir. Bu sualın cavabı odur ki, birbaşa Rusiya ilə qarşı-qarşıya qalmaq istəmirlər. Sadəcə səhnə arxasında hərbi, maliyə dəstək verməklə Rusiyanı zəiflətmək, məğlub etmək istəyirlər. Buna görə də, indiki vəziyyətdə kimsə Ermənistana görə Rusiyanı qarşısına almayacaq. Əgər Ermənistan rəhbərliyi belə düşünürsə, bu onlar üçün nəticə etibarilə çox faciəvi duruma gətirib çıxara bilər. Ümumiyyətlə, Ermənistan dövlətini məhv edə bilər. Getdikcə, bu məsələ daha təhlükəli hal almağa davam edir.

Buna görə də, Ermənistanın ilk növbədə Rusiyanın təsir dairəsindən çıxması üçün Rusiyanın nəzarətində olan enerji, iqtisadi, ticarət kommunikasiyaları əvəz edilməlidir. Mütləq mənada bunlara alternativ tapılmalı, sözün əsil mənasında Ermənistanın tam təhlükəsizliyi təmin edilməlidir. Bunun üçün qonşuda olan Azərbaycan, Türkiyə ilə normal sülh və əməkdaşlıq vəziyyəti yaradılmalıdır. Yalnız bundan sonra Rusiyanın orbitindən çıxıb-çıxmamaq, Qərbə yaxınlaşmaq məsələsi ilə bağlı tam qərar verilə bilər.

Əks təqdirdə, düşünürəm ki, bu Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Yəni, indiki vəziyyət bir Suriya, Yəmən modelidir. Necə ki, Suriyada bütün regional və qlobal güclərin geosiyasi maraqları toqquşur və Rusiya bir ayaq altına çevrilib, parçalanmış vəziyyətdədir, cırtdan Ermənistanı da bu faciə gözləyir. Bir tərəfdə Ermənistanda yerləşmək istəyən İran, digər tərəfdə Fransa, başqa bir tərəfdə Avropa Birliyi, Almaniya, ABŞ, bir də Ermənistanın düşmənçilik etdiyi Rusiya, Azərbaycan və Türkiyə amili də nəzərə alınmalıdır. Bütün bu maraqların toqquşduğu bir mərkəzə cırtdan Ermənistan çevrilərsə, nəticəsini düşünün”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar