Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “ABŞ və Türkiyə ordusu qarşı-qarşıya gələcək” – Müsahibə

“Hələ də ABŞ-ın Suriyada, bütövlükdə Yaxın Şərqdə geosiyasi maraqları fərqli olduğu və ABŞ-ın geosiyasi maraqları Türkiyə üçün müəyyən təhlükələri törətdiyi üçün hansısa mərhələdə ABŞ və Türkiyə ordusu qarşı-qarşıya gələcək”

“Türkiyə S-400 müqaviləsindən hətta imtina etsə belə, (hansı ki, bu ehtimal yoxdur) ABŞ Suriyanın şimalında terror ünsürləri ilə əməkdaşlıqdan vaz keçməyəcək”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ABŞ və Türkiyə qarşılıqlı olaraq tətbiq etdikləri sanksiyaların ləğvi məsələsi ilə bağlı PİA.az-a verdiyi açıqlamada qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, ABŞ Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Qeyd olunur ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon söhbətində sanksiyaların qarşılıqlı ləğvi barədə razılıq əldə olunub.

Artıq Vaşinqtonun bu addımına cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen və ədliyyə naziri Ceff Sessionsa münasibətdə tətbiq etdiyi analoji sanksiyaları aradan qaldırdıqlarını bəyan edib.

Xatırladaq ki, FETÖ terrorçuları ilə əlaqədə və casuluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun həbsi ilə əlaqədar Vaşinqton avqustda Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etmişdi. Buna cavab olaraq Ankara da oxşar addım atmışdı.

Qeyd edək ki, İzmir Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabrda çıxardığı qərarla keşiş Endryu Branson azadlığa çıxaraq ABŞ-a geri dönüb.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Türkiyə-ABŞ münasibətləri iə bağlı PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Natiq Miri: “Fəratın qərbiyə şərqi arasında bir körpü rolunu oynayan Menbiçdən YPQ-nin çıxarılmasından sonra ABŞ-ın artıq Suriyanın şimalında bərqərar olma ehtimalı azalacaq”.

Bu mövzu ilə bağlı PİA.az politoloq Natiq Miri ilə olan kiçik müsahibəni təqdim edir:

- Natiq müəllim, bilirik ki, ABŞ və Türkiyə qarşılıqlı olaraq tətbiq etdikləri sanksiyaları ləğv ediblər. Həmçinin ötən ayın sonlarından başlayarq ABŞ və Türkiyə əsgərləri Menbiçdə təkcə patrul xidməti həyata keçirirlər. Hesab edirsinizmi ki, bundan sonra ABŞ və Türkiyə Yaxın Şərqdə ortaq maraqlardan çıxış edəcəklər?

- İlk olaraq onu qeyd edim ki, Türkiyəyə qlobal səviyyədə iri həcmli sanksiyalar tətbiq olunmamışdı. Bildiyimiz kimi bu sanksiyalar yalnız iki nazir səviyyəsində tətbiq olunan sanskiya idi və ləğv olundu. Bundan irəli gedərək böyük siyasi nəticələr çıxarmaq doğru deyil. Çünki hələ də Suriyada ABŞ-ın yürütdüyü siyasi xəttlə, geosiyasi maraqlarla Türkiyənin maraqları tamamilə fərqli yöndə inkişaf edir.

Həmçinin bütövlükdə Türkiyə dövlətini təhdid edən terrorçu ünsürlər bu gün Suriyada yenə də ABŞ-la əməkdaşlıq edir. Həmin terrorçu ünsürləri bu gün də silahlandıran yenə də ABŞ-dır. Bu baxımdan Türkiyə ilə ABŞ arasında hələlik ciddi bir anlaşma müşahidə olunmur. Hətta ABŞ-ın Suriyadakı, xüsusilə də Suriyanın şimalındakı müttəfiqləri baxımından da hər hansı anlaşma məsələsi mövcud deyil.

Natiq Miri: “Menbiçdə hələlik Türkiyə-ABŞ arasında ciddi yaxınlaşma, yəni praktik ciddi bir fəaliyyət mövcud deyil”.

Menbiçdə də hələlik Türkiyə-ABŞ arasında ciddi yaxınlaşma, yəni praktik ciddi bir fəaliyyət mövcud deyil. Bildiyimiz kimi orada son zamanlarda olan dəyişikliklər ABŞ Türkiyə ordusunun ortaq olaraq patrol keşiş xidmətləridir ki, hələlik yalnız bunu yerinə yetirirlər. Bu da Menbiç şəhərinin mərkəzində deyil, ətrafında, kənarında olan bir partol xidmətidir. Konkret olaraq bütövlükdə Menbiçdən terror ünsürlərinin çıxarılması məsələsində heç bir addım atılmayıb. Buna görə də bunu ABŞ-Türkiyə əməkdaşlığı olaraq adlandırmaq mümkün deyil.

Düşünürəm ki, hələ də ABŞ-ın Suriyada, bütövlükdə Yaxın Şərqdə geosiyasi maraqları fərqli olduğu və ABŞ-ın geosiyasi maraqları Türkiyə üçün müəyyən təhlükələri törətdiyi üçün hansısa mərhələdə ABŞ və Türkiyə ordusu qarşı-qarşıya gələcək. Yəni bu təhlükə bu gün də mövcuddur. Bu baxımdan Türkiyə-ABŞ əməkdaşlığından daha çox bu iki dövlətin hansısa mərhələdə qarşı-qarşıya gəlməsi perspektivindən danışmaq düzgün olardı. Çünki hələlik ABŞ birmənalı olaraq terror ünsürlərini silahlandırmaq və onlardan geosiyasi alət olaraq istifadə etməkdən vaz keçməyib.

Həmçinin ABŞ hələlik Suriyada öz geosiyasi maraqlı kontektsində Suriyanı tərk etməkə məsələsində də qərar qəbul etməyib. Əksinə bu gün hələ də ABŞ İŞİD terror ünsürlərini bəhanə edərək Suriyada qalmaq üçün min bir bəhanə, oyun uydurmaqdadır. Bu baxımdan düşünürəm ki, Türkiyə-ABŞ arasında ciddi mənada hansısa siyasi əməkdaşlıq və yaxud da müttəfiqlikdən danışmaq mümkün deyil.

- Menbiçdən YPQ-PYD silahlılarının çıxarılmasını mümkün hesab edirsinizmi?

- Menbiç bütövlükdə Fəratın şərqində terror ünsürlərini tamamilə sıxışdırıb çıxarmaq üçün çox həlledici bir məkandır. Yəni YPQ-PKK terrorçuları üçün ciddi mənada böyük bir itki olardı. Həmçinin bu itki təkcə PKK-YPQ üçün deyil, düşünürəm ki, bu həm də ABŞ üçün böyük itki sayıla bilər. Çünki Fəratın qərbiyə şərqi arasında bir körpü rolunu oynayan Menbiçdən YPQ-nin çıxarılmasından sonra ABŞ-ın artıq Suriyanın şimalında bərqərar olma ehtimalı azalacaq. Yəni bundan sonra ABŞ-ın Suriyanın şimalında qalması çox çətin məsələ olacaq.

Natiq Miri: “Menbiç bütövlükdə Fəratın şərqində terror ünsürlərini tamamilə sıxışdırıb çıxarmaq üçün çox həlledici bir məkandır”.

Deyək ki, bu günə kimi İŞİD bəhanəsi ilə ən azından öz varlığını Suriyanın şimalında və Fəratın şərq hissəsində davam etdirir. Ancaq Menbiç kimi yaşayış məskənlərini Türkiyə tamamilə terrorçulardan təmizləyərsə, artıq bundan sonra Fəratın şərqini təmizləmək bir növ Türkiyə üçün borc olacaq. Çünki bildiyimiz kimi 900 km Türkiyənin Suriya ilə sərhəddi var. Bu 900 km olan sərhəddə terrorçuları tamamilə təmizləməyi Türkiyə dövləti qarşısına məqsəd, hədəf kimi qoyub. Buna görə də əgər Türkiyə Menbiçdən terrorçuları çıxaracaqsa, düşünürəm ki, ABŞ-ın Suriyada qalması sual altında qalacaq.

Mən məhz bu məsələləri nəzərə alaraq düşünürəm ki, gələcək perspektivdə Türkiyə ilə ABŞ ordusu üz-üzə gəlmək təhlükəsi ilə üzləşəcək. Bu ehtimal çox böyükdür.

- Məlumdur ki, ABŞ-la Türkiyə arasında əsas problemlərdən biri də Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasıdır. Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemini almaqdan imtina edə bilərmi?

- Əvvəla qeyd edim ki, belə bir ehtimal yoxdur. Bu müqavilə artıq bağlanılıb və pullar da ödənilib. S-400 havadan müdafiə sistemlərinin birgə istehsalı Türkiyə-Rusiya dövlətləri arasında razılaşdırılıb. Əgər Türkiyə S-400 havadan müdafiə sistemləri müqaviləsindən imtina edərsə, bu Türkiyə dövlətinin qeyri-ciddi bir dövlət olduğu imici yaradar ki, bu da təbii ki, Türkiyə üçün arzuolunan deyil.

Həmçinin Türkiyə-Rusiya əməkdaşlığını Suriya çərçivəsində düşünəndə də belə bir məsələnin ortaya çıxması ehtimal olunmur.

Başqa bir məsələni də düşünmək lazımdır ki, Türkiyə S-400 müqaviləsindən hətta imtina etsə belə, (hansı ki, bu ehtimal yoxdur) ABŞ Suriyanın şimalında terror ünsürləri ilə əməkdaşlıqdan vaz keçəməyəcək. ABŞ bu cür əməkdaşlıqdan vaz keçmədikcə Türkiyə də nə S-400-dən, nə də Suriyadakı təhlükəsizlik maraqlarından vaz keçməyəcək.

Nərminə UMUDLU
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar