Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini mükafatlandırdı

Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir

Mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə fərqlənən tələbələrini mükafatlandırıb.

“Nar”ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülkər Əhmədzadəyə mobil operator xüsusi hədiyyələr təqdim edib. Elm və təhsilə xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır.

Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı “Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar təşkil edilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan “Nar”ın texniki əməkdaşları tərəfindən keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır.

“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar