Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Myanma təyyarəsi qəza enişi edib

Hadisəyə səbəb təyyarənin ön şassisinin açılmaması olub

Myanmanın “Myanmar National Airlines” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi ölkənin Mandalay şəhər beynəlxalq hava limanında qəza enişi edib.

ONA “The Straits Times” portalına istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarənin ön şassisinin açılmaması olub. Buna görə də pilot təyyarəni burnunu yerə toxundurmaqla endirmək məcburiyyətində qalıb.

Myanmanın mülki aviasiya departamentindən bildirilib ki, təyyarənin pilotu bu barədə dispetçerə də məlumat verib və qeyd edib ki, şassini nə avtomat, nə də mexaniki yolla açmaq mümkün olub.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 89 nəfərdən heç kim xəsarət almayıb. Mülki aviasiya departamenti təyyarəni yoxlamaq üçün öz mühəndislərini Mandalay aeroportuna göndərib.

Xatırladaq ki, bu, may ayı ərzində Myanmada baş vermiş ikinci bənzər hadisədir. Bundan əvvəl “Biman” aviaşirkətinə məxsus təyyarə Yanqon şəhərində məcburi eniş etmişdi. Ancaq sərt eniş nəticəsində 15 nəfər xəsarət almışdı.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar