Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muxtar Babayev Vüsal Talıblı ilə bağlı niyə tədbir görmür? - Yüz hektarlarla fond torpağı gizli icarəyə verilib

Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib.

Ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda əməliyyat həyata keçirdi. Prokroluğun rəsmi açıqlamasında bildirildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov qanunsuz əməllərə görə həbs olunub.

Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyində gəlirli yerlərdən birinin məhz meşə sahələri olması hər kəsə bəllidir. Bir çox meşə idarələrinin rəhbərləri gizli şəkildə meşə torpaqlarının bir hissəsini müxtəlif adamlara icarəyə verməsi, daha məhsuldar olan əraziləri isə yaxın ətraflarına məxsus adamların adlarına rəsmiləşdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.  

Belə məmurlardan biri də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblıdır. 

AzFakt.com saytına daxil olan məlumatda bildirilir ki, Vüsal Talıblı  dövlətə məxsus meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib. Həmçinin direktorun bəzi əraziləri özü əlkdiyidə qeyd edilir. Vəzifəyə təyin ediləndən torpaq icarəyə verilməsi işinə girişən Vüsal Talıblının bu işdən yaxşı qazanc əldə etdiyi bildirilir. 

Qeyd edək ki, ölkə mətbuatında Vüsal Talıblının Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün 70 min manat xərc çəkdiyi iddia edilirdi.  

Mövzunu diqqətdə saxlayacağıq.

Poliqon.info 


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 


Etiket: Torpaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar