Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Yaqub və Sabir Rüstəmxanlı keçi pendiri ilə şərab içdi - Fotolar

Bir müddətdir səhhətində problem olan Musa Yaqub Xalq şairi Sabir Rüstəmxanlını Bakıdakı evinə qonaq dəvət edib

Şairlər birgə masa arxasında şərab içiblər.

Bu barədə xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədəki hesabında məlumat paylaşıb:

"Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostum Musa Yaqubdan zəng gəldi. " Hardasan?" "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə" şükür, yaxşısan!, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. Üz-üzə oturmuşduq. Gah mənə, gah əlindəki əsaya baxıb "görürsən də bu əsanı, o boyda meşələrim bizə hədiyyəsi..."- deyə gülümsədi. Bu acı bir həqiqətdi. "Deyirsən yəni bit ömür gözəlliyindən yazdığımız o meşələrdən, o çökəlgərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?" Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır. Söhbətimizin axırında "bu boyda stajımızı batıra bilmərik" deyib asta-asta mətbəxə keçdi.

Bir azdan Musa: "Sən bir bunun adına bax e!"- deyib " Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?"(unikal.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar