Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" tituluna dindarlardan reaksiya

Hacı Şahin və Elşad Miri məsələyə münasibət bildirib...

Son zamanların trendinə çevrilmiş "Hacı", yaxud "Həci" mövzusu, insanlarda qıcıq yaradan məsələrdən biridir. Şübhəsiz ki, bu ərəfələr dini titul daşıyan şəxslərin adını ən çox hallandıran məhz sənət adamları, daha dəqiq desək, müğənnilərdir. Ümumiyyətlə, bu kimi məsələlərdə dini titul sahiblərinin adının hallandırılması, məsxərə obyektinə çevrilməsinə ilahiyyatçıların münasibəti necədir?

PİA.az xəbər verir ki, tanınmış ilahiyyatçı hacı Şahin Həsənli "Ölkə.az"ın əməkdaşına bildirib ki, dini ayinlərə ciddi yanaşmaq lazımdır.

"Mənim mövzu ilə bağlı tam məlumatım olmasa da ümumi deyə bilərəm ki, bu cür müqəddəs titulun mənfi fikirlə adının hallaması düzgün deyil. Düzdür, həccə gedən insanların arasında müxtəlif əxlaqa, düşüncəyə sahib olan insanlar var. Bu cür adların gülüş, məsxərə obyektinə çevrilməsi tamamilə yanlışdır. Çünki həcc Allahın evinin adı ilə bağlı olan bir yerdi".

İlahiyatçı əməkdaşımızın "Sizcə, bu kimi hallara qadağa olmalıdırmı?" sualına da fikir bildirib.

"Çox heyif ki, bü cür halların hüquqi qüvvəsi yoxdur, bu sırf əxlaqla bağlıdır. Hər bir məsələdən, reytinq, ad-san qazanmaq üçün istifadə etmək hər kəsin öz daxili işidir, ancaq bəzi məsələlərdə çox diqqətli olmaq lazımdır. Dindən bu cür işlərində istifadə etməməlidirlər. İstənilən məsələ müzakirələrə açıq olur, ancaq dini ayinləri müqəddəsliyi qorunmalıdır".

İlahiyyaçı Elşad Miri isə məsələyə yumorla yanaşıb:

"Bəlkə bir Hacıdır bir neçə müğənnini saxlayır? (gülür) Ola bilməz?

Ancaq dinlə bağlasaq, ümumiyyətlə, bu titulları adların qarşısında hallandırılması yanlışdır. Bu gün Azərbaycanda bu trend halına düşüb".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar