Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimə məktəbin problemini işıqlandırdı, nazirlik töhmət verdi... - Nə qədər düzgündür?

Nazirlik direktoru problemi həll etmədiyinə görə cəzalandırmaq əvəzinə müəllimə töhmət verib...

Təhsil-eksperti: “İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəlliməsinə töhmət müəllimin davamiyyət məsələsinə və şagirdləri məktəbə gəlməməyə çağır etməsinə görə verilib”.

“Sırf sosial şəbəkələrdə yayılan görüntüyə görə müəlliməyə töhmət verilməsi doğru deyil. Çünki həmin müəllimə məktəbdə olan problemi işıqlandırmağa çalışıb”.

Bu sözləri təhsil-eksperti Elçin Əfəndi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində işləyən Leyla müəllimə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb. Məktəbin direktoru isə problemi həll etmək əvəzinə müəllimə töhmət verib.

Belə məsələyə görə müəllimin cəzalandırılması hansı məntiqə sığır?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil-eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Həmin müəllimin çəkdiyi görüntüdən sonra ona töhmət verilməsi məsələsi gündəmə çıxdı”.

Çəkdiyi videoya görə müəlliməyə töhmət verilməli olmadığını bildirən ekspert əlavə edib ki, əksinə olaraq müəlliməyə dəstək olunmalı və haqlı tələbi yerinə yetirilməlidir:

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəlliməsinə töhmət müəllimin davamiyyət məsələsinə və şagirdləri məktəbə gəlməməyə çağır etməsinə görə verilib. Təhsil Nazirliyi əsas bu amilləri səbəb kimi göstərir.

Amma əslinə qalsa, müəllimənin məktəbdə olan neqativ hal görüntüsünə görə töhmət alması daha inandırıcıdır. Çünki həmin müəllimin çəkdiyi görüntüdən sonra ona töhmət verilməsi məsələsi gündəmə çıxdı. Nəticə etibarilə araşdırmada məlum olur ki, müəllimənin dərsə davamiyyəti ilə bağlı problemlər var.

Sırf sosial şəbəkələrdə yayılan görüntüyə görə müəlliməyə töhmət verilməsi doğru deyil. Çünki həmin müəllimə məktəbdə olan problemi işıqlandırmağa çalışıb. Bununla da problemin həllinə çarə axtarıb. Buna görə müəlliməyə töhmət verilməli deyil. Əksinə olaraq müəlliməyə dəstək olunmalı və haqlı tələbi yerinə yetirilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar