Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir Müsavat Partiyası Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Müasir Müsavat Partiyası 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlərimiz, Sizi Respublika Günü münasibətilə təbrik edirik! 104 il bundan əvvəl 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika elan olunub. AXC qısa, amma parlaq taley yaşayıb. Unudulmaz  Məhəmməd Əmin Rəsulzadə bizim milli mənlik şüurumuzda dərin izlər qoyub. Biz xalq olaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişik.

İnanırıq ki, 104 illik tarixi olan bir dövlətin vətəndaşı olmaqdan hər bir vətəndaş qürur duyur. Bu qürura görə də Cümhuriyyətin qurucularını dərin hörmət və ehtiramla anırıq. Dövlət olaraq da bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmli vəzifə isə  Azərbaycanın öz müstəqil siyasətini aparmalı olmasıdır. Çünki xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər.

Partiya olaraq əminik ki, Azərbaycan ildən-ilə güclənəcək və öz iqtisadi potensialını artıracaq. Güclü dövlət olaraq Azərbaycan mövqelərini daha da möhkəmləndirəcək, dünya birliyinə inteqrasiya siyasətini uğurla həyata keçirəcək. Bu yolda ölkənin rəhbərinə uğurlar arzulayırıq.

Məhəmməd Əmin Rəsulzadənin səsi ilə yaddaşlara hopan o şeirdə deyildiyi kimi:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Bayramınız mübarək!"

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar