Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvaya növbəti zərbə bu gün Moldovadan gələ bilər – Parlament seçkilərində Qərbpərəstlərin qələbəsi gözlənilir

Bu gün Moldovada növbədənkənar parlament seçkiləri keçirilir. 
 
PİA.azın məlumatına görə, Parlament seçkilərində 20 partiya, iki blok və bir müstəqil namizəd – Vyaçeslav Valkon iştirak edir. 
 
Seçki yarışında əsas mübarisənin isə hazırkı prezident Maya Sandunun "Fəaliyyət və Həmrəylik” partiyası ilə Rusiya yönümlü eks-prezident  İqor Dodonun rəhbərlik etdiyi "kommunistlər və sosialistlər" bloku arasında gedəcəyi gözlənilir. Moldovan ekspertlərinin proqnozuna görə, Sandunun partiyası mandatların əksəriyyətini qazanacaq. Bu isə o deməkdir ki, prezident ölkəyə tam nəzarəti ələ ala biləcək. 
 
Qeyd edək ki, Mayya Sandu ötən il noyabrin 15-də keçirilən prezident seçkilərinin ikinci 52% səs toplayaraq, ölkə prezidenti kürsüsünə yüksəlmişdi. Onun hakimiyyətə gəlməsi ilə Moldovada faktiki olaraq ikihakimiyyətlilik yaranmışdı. Ölkənin prezidenti Qərb tərəfindən dəstəklənən Sandu olmasına baxmayaraq, Baş nazir və ölkə parlamenti onun qarşısında ciddi maneələr yaratmağa çalışırdılar. Sandu hələ prizident kürsüsünə oturmamış ölkə parlamenti ruscanı ölkənin beynəlxalq dili elan etmiş, bununla da yeni prezidenti çətinlik qarşısında qoymuşdu. Məsələ burasındadır ki, Moldovanın da bizim kimi, “Qarabağ”ı var və “Dnestryanı” adlanan bölgədə əsasən ruslar yaşayır. 
 
SSRİ dağıldıqdan, Moldova öz müstəqilliyini elan etdikdən sonra bu bölgə separatist bayraq qaldırmı və “milli azadlıq” uğrunda silahlı mübarizəyə qoşulmuşdu. Beləcə, Moskva “Dnestryanı” qüvvələrin təzyiqlərindən faydalanaraq, ötən ilə qədər Moldovada özünün 5-ci kolonunu hakimiyyətdə tutmağı bacarmışdı. 
 
Maraqlıdır ki, Moldovadakı 5-ci kolonun süqutu da Azərbaycanın başlatdığı 44 günlük müharibə ilə eyni vaxta düşdü. Azərbaycan 44 günlük savaşın qələbəsini elan etdiyi 10 noyabr tarixindən 4 gün keçməmiş Moldovada da Mayya Sandunun prezident seçkilərini qazandığı bildirildi.
 
Sandunun 5-ci kolona qarşı apardığı mübarizə ölkədə siyasi böhran yaradırdı. Nəhayət, bu ilin aprel ayının sonlarında Sandu parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalandı. Fərmanda seçkilərin bu gün - 11 iyul 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulurdu.
 
Növbədənkənar seçkilərin zərurətindən danışan Sandu bildirmişdi ki, bu proses ölkəni böhrandan çıxarmağa və bütün dövlət qurumlarının vətəndaşların xeyrinə çalışmasına xidmət edəcək. 
 
Bu gün keçirilən seçkilərdə gözlənildiyi kimi, Sandunun və qərbpərəst qüvvələrin qələbəsi təsdiqlənərsə, ölkədə “5-ci kolon”un hakimiyyətinə son qoyulacaq. Həm prezident kürsüsünü, həm parlamenti öz əlində toplayan Qərb qüvvələri, hökumətin yeni tərkibini də müəyyənləşdirə və rahatlıqla istədikləri islahatı apara biləcəklər. Bundan əvvəl isə belə bir şey mümkün deyildi; prezident Sandunu dəstəkləyən “Fəaliyyət və Həmrəylik" partiyasının 101 deputatlıq parlamentdə cəmi 15 yeri vardı. Rusiyapərəst qüvvələrin hakim olduğu parlament Sandu islahatlarını boykot edirdi. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar