Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Qarabağ ətrafında çirkli oyunları...

Rusiya Qarabağ məsələsini qeyri-müəyyən vaxta saxlaması təklifini gündəmə gətriməklə hansı məqsədi güdür?...

Politoloq: “Azərbaycanın Rusiyanın sülhməramlılarının Qarabağda müddətinin uzadılması məsələsini rədd etməsi çox təqdirəlayiq və düzgün addımdır”.

Moskva bundan sonra Azərbaycana qarşı təzyiqlərini gücləndirəcək. Buna görə də, biz qısa müddətdə, uzağı bir ilə sülhməramlılar olan ərazilərdə Azərbaycan hakimiyyətini bərpa etməliyik”.

Bu sözləri politoloq Əhəd Məmmədli Rusiyanın Qarabağ məsələsini qeyri-müəyyən vaxta saxlaması təklifinin gündəmə gətirməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiyanın Qarabağ məsələsini qeyri-müəyyən vaxta saxlaması ilə bağlı təklifi bu ölkənin Ermənistandakı səfirinin, bu gün isə Ermənistanın Başnaziri Paşinyanın dilindən səsləndirilib. Azərbaycanın bunu qəbul etməyəcəyi məlum olduğu halda Moskvanın belə bir təkifi gündəmə gətirərək ictimailəşdirməsi hansı məqsədi güdür? Bu Qarabağdakı sülhməramlıların mandatının müddətini uzatmaq üçün təzyiq vasitəsidir?

Rusiyanın Qarabağla bağlı son planını PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Bütün bu təzyiqlərin qarşısını almaq üçün, gərəkdir ki, Azərbaycan gerçəklikləri dünya ictimaiyyətinə qəbul etdirmək üçün Xankəndi və ətrafını nəzarətə götürsün”.

Azərbaycanın sülhməramlıların Qarabağda uzunmüddətli qalması təklifini rədd etməklə Rusiya-Ermənistanın planının bir hissəsini pozmuş olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Moskva bu məsələyə yenidən qayıdacaq:

Azərbaycanın Rusiyanın sülhməramlılarının Qarabağda müddətinin uzadılması məsələsini rədd etməsi çox təqdirəlayiq və düzgün addımdır. Hələ Rusiya sülhməramlıları Qarabağa təzə yerləşəndə Rusiyanın müxtəlif rəsmiləri oraya 50 illik, hətta həmişəlik gəldiklərini deyirdilər. Heç kəsə sirr deyil ki, ilk gündən Rusiya Qarabağda qalması üçün addımlar atmağa başladı və indiyə qədər də bu addımlarını davam etdirir.

Azərbaycan sülhməramlıların Qarabağda uzunmüddətli qalması təklifini rədd etməklə Rusiya-Ermənistanın planının bir hissəsini pozmuş oldu. Amma Rusiya bu məsələyə yenidən qayıdacaq. Hətta Moskva bundan sonra Azərbaycana qarşı təzyiqlərini gücləndirəcək. Buna görə də, biz qısa müddətdə, uzağı bir ilə sülhməramlılar olan ərazilərdə Azərbaycan hakimiyyətini bərpa etməliyik.

Bildiyimiz kimi Ermənistan silahlandırılır. İran, Hindistan, Fransa, Yunanıstan, Qarabağın ermənilərin nəzarətində qalmasını istəyir. Rusiya isə Qarabağda öz nəzarətini uzun illər qoruyub saxlamaq üçün çalışır. Həmçinin ABŞ-ın da Ermənistana siyasi dəstəyi göz önündədir. Fransada Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşır. Bütün bu təzyiqlərin qarşısını almaq üçün, gərəkdir ki, Azərbaycan gerçəklikləri dünya ictimaiyyətinə qəbul etdirmək üçün Xankəndi və ətrafını nəzarətə götürsün”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar