Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutub

Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib...

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər AzərbaycanErmənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar.

İclas iştirakçıları Azərbaycan, ErmənistanRusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

“Tərəflər Ermənistan, RusiyaAzərbaycan liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər”, - məlumatda deyilib.

AzərbaycanErmənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Paşinyan “Hayastan” Fondunun 100 milyon dollarını mənimsəyib?

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar edib

Ən çox oxunanalar