Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk qrupunun həmsədrlərinin regiona səfərində rusiyalı həmsədr niyə iştirak etmədi? - Moskvadan boykot?..

Rusiyalı həmsədrin digər həmsədrlərlə Bakı və Yeravana səfərə gəlməməsi Moskva tərəfindən ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllindən çıxdaş edilməsi kimi qəbul edilə bilərmi?..

Politoloq: “Moskva da öz həmsədrini regiona göndərməməklə artıq Minsk formatında maraqlı olamdığını mesajənə verdi”.

“Bundan sonrakı danışıpqlarda ABŞ və Fransanın balans yaratmayacaqları aydındır və ona görə də bizim Vaşinqton və Parisə ehtiyacımız da yoxdur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiyadan olan həmsədrin Minsk qrupunun tərkibində olmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Diqqət çəkən bir məqam isə Rusiyadan olan həmsədrin səfər planından kənarda qalmasaydı. Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat veriblər. Bəyanatda qeyd edilir ki, Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiya Federasiyasını Bakıdakı Rusiya səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Həmsədrlərin bəyanatında diqqətçəkən ifadə Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyüdür. Maraqlıdır ki, bəyanatda bu “mümkünsüzlüyü” yaradan səbəb açıqlanmır.

Bəyanatda daha sonra bildirilir ki, yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər.

Rusiyadan olan həmsədrin formal olsa belə, səfərdə iştirak etməməsi hansı anlama gəlir? Bu Moskva tərəfindən ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllindən çıxdaş edilməsi kimi qəbul edilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Regionda yeni bir siyasi nizam formalaşıb və biz aktiv şəkildə bu məsələləri özümüz həll etməliyik”.

Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq çərçivəsində Bakı-Anakara-Moskva-Yeravan formatı çərçivəsində artıq münaqişənin həllinin sona yetdiyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Moskva Paris və Vaşinqtonun prossesdən kənarda qalmasında maraqlıdır:

ATƏT -in Minsk qrupunun ABŞ və Fransalı həmsədrlərinin Bakı və Yereavana səfəri Minsk formatının davam etdirilməsi planının bir hissəsidir. Fransa və ABŞ, üç ölkə arasında məlum bəyannamədən kənar saxlandıqları üçün regionda demək olar ki, Qarabağ münaqişəsinin həll prossesindəndən kənarda qalıblar. Artıq münaqişənin nizamlanma prossesi detallı şəkildə həyata keçirilməkdədir və digər həmsədr ölkələr olan ABŞ və Fransa bu prossesdə iştirak etmir.

Məhz Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq çərçivəsində Bakı-Anakara-Moskva-Yeravan formatı reallaşıb və bu formatda artıq münaqişənin həlli son mərhələdədir. Moskva da öz həmsədrini regiona göndərməməklə artıq Minsk formatında maraqlı olamdığını mesajını verdi. Qərbin regiona olan nüfuzunun artmaması səbəbi ilə Moskva Paris və Vaşinqtonun prossesdən kənar saxlanılmasında birbaşa maraqlıdır. Ona görə də Rusiya nümayəndəsi bu səfərdə yer almadı və Qərbə açıq mesaj verildi ki, bundan sonra Vaşinqton və Parisə Dağlıq Qarabağ problemi üzərindən regiona nüfuz etmələrinə imkan verilməyəcək.

Məhəmməd Əsədullazadə: “Artıq bölgədəki balans Türkiyə və Rusiya tərəfindən tənzimlənilir və yaranmış reallıq Minsk qrupunun aktiv fəaliyyətə keçməsini istisna edir”.

Qeyd edim ki, prezident İlham Əliyevdə iki həmsədrlə görüşündə açıq şəkildə onlara ehtiyacın olmadığını vurğuladı. Düşünürəm ki, bu məsləsinin hərb mərhələsi sona çatıb. Bundan sonrakı siyasi mərhələdə Rusiya ilə danışacaqlarımız var. Bu danışıpqlarda ABŞ və Fransanın balans yaratmayacaqları da aydındır və ona görə də bizim Vaşinqton və Parisə ehtiyacımız da yoxdur.

Təbii ki, Ermənistan ABŞ və Fransanın siyasi prossesdə iştirakına maraqlıdır. Lakin bölgədəki reallıq başqadır. Artıq bölgədəki balans Türkiyə və Rusiya tərəfindən tənzimlənilir və yaranmış reallıq Minsk qrupunun aktiv fəaliyyətə keçməsini istisna edir. Çünki Minsk qrupu bütün hallarda Qarabağın statusunu qabartmaqla məşğul olacaq və öz fəaliyyətinə yeni məzmun verməyəcək. Parisin əsas məqsədi isə münaqişəni yenidən qızışdırmağa xidmət edir. Onalar Arayik Arutunyana status tanıtırmağa çalışırlar . Ona görə də onlara hazırkı nizamlama formatında yer yoxdur.

Hesab edirəm ki, regionda yeni bir siyasi nizam formalaşıb və biz aktiv şəkildə regionun əsas oyunçuları ilə birlikdə bu məsələləri özümüz həll etməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Ən çox oxunanalar