Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimiz bu gün İspaniya ilə qarşılaşacaq

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

PİA.az-ın məlumatına görə, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.

Siyasət Əsgərovun başçılıq etdiyi komandanın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya "Zenit"ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib.

Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

Seçmə mərhələ

20:00. Azərbaycan - İspaniya

Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya)

Bakı, "ASK Arena" stadionu.

Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar