Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.

“Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir. Sevgili millət siz bizdən mitinq tələb edirdiniz, Milli Şura da bu mitinqə qərar verdi. Buyurun, indi söz sizindir!”, Həsənli facebook səhifəsində yazıb.

Bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirlməsini məqsədəuyğun saymayıb.

Milli Şura bu il ilk mitinqini yanvarın 19-da keçirib. Bu müxalifətin son illərdə ən izdihamlı aksiyası olub.

Mitinq ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı, əsasən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saxlanılıb. Onlardan əksəriyyəti müxtəlif ittihamlarla, o cümlədən polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Bununla yanaşı, mitinqdə iştirak edən çoxsaylı insanların mobil telefonuna zəng edilərək polisə dəvət edilib. (Turan.az)

pia.az


Etiket: Milli Şura

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar