Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib

Milli Paralimpiya Komitəsinin (MPK) Növbədənkənar Ümumi Yığıncağı keçirilib...

Qurumdan "Report"a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.

Növbədənkənar Ümumi Yığıncaqda ötəni il ərzində görülən işlər barədə hesabat, İ.Rəhimovun IBSA prezidenti seçilməsi ilə əlaqədar MPK prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.

Fərid Qayıbov ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar arzu edib.

İ.Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.

Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.

Gündəliyə uyğun olaraq qurumun yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.

Səsvermənin nəticəsinə əsasən, Hidayət Abdullayev Komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.

H.Abdullayev göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni vitse-prezident İlham Zəkiyev və İdarə Heyətinin yeni üzvü Jalə Əhmədova çıxışlarında bu sahənin inkişafı istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını qeyd ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar