Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov COP26-nın prezidenti ilə görüşüb - Yenilənib

COP26-nın prezidenti Ser Alok Şarma ilə görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb.

İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub.

Ser Alok Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq və COP29 birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.

***

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib.

Bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar