Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metro qatarında “Azercell”in mobil internet sürətini kəşf et!

Lider mobil operatorun həm yerüstü, həm də yeraltı əhatə dairəsi genişlənir

Xüsusi karantin rejimi qaydalarının yumşaldılması nəticəsində 226 günlük fasilədən sonra sərnişindaşıma fəaliyyətinin bərpa edən Bakı metrosu artıq paytaxt əhalisinə tam olaraq xidmət göstərməkdədir. Bu müddət ərzində ölkənin aparıcı mobil rabitə təminatçısı “Azercell Telekom” isə Bakı metropoliteni stansiyalarının platforma və tunellərində öz şəbəkəsinin tutumu və əhatə dairəsinin genişləndirilməsi üzrə işlərini fasiləsiz olaraq davam etdirib.

Ümumiyyətlə, “Azercell” şirkəti bütün abunəçilərini daha möhkəm şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də 4G texnologiyasını təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən “Azercell”in 4G şəbəkəsinin əhatə dairəsi həm də yerin altında – yəni, paytaxt metropoliteninin stansiyaları boyu əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, artıq 19 stansiyada: Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Nəsimi, Sahil, İçəri şəhər stansiyalarında 4G şəbəkəsi aktivdir. Bundan əlavə, 11 stansiyanın tunellərində: Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, Sahil, İçəri şəhər stansiyalarının tunellərində artıq “Azercell”in sürətli mobil internetindən yararlanmaq olar.

Azercell” şirkətinin keyfiyyətli 4-cü nəsil şəbəkəsinin Bakı metropoliteninin yerdə qalan stansiya və tunellərinə doğru genişlənməsi üzrə işlər isə daha yüksək intensivliklə davam etdirilir. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün stansiyaları “Azercell” 4G şəbəkəsi ilə əhatə ediləcək.

Onu da qeyd edək ki, hazırda sərnişinlərin faydalana biləcəyi həm 2G, həm 3G, həm də 4G texnologiyaları abunəçilərə sərbəst şəkildə səsli zəng və mobil internet xidmətindən istifadə etməyə imkan verir, bu isə nəinki stansiyaların özündə, həm də bu stansiyalar arasındakı tunellərdə qatarların hərəkəti zamanı kəsintisiz şəbəkə deməkdir. İndi artıq sərnişinlər vaqonlarda hərəkət edərkən müxtəlif növ mobil internet məzmunundan və mobil tətbiqlərdən yararlana, hətta, mobil TV və filmləri də seyr edə bilərlər.

Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericsson”un apardığı bençmarkinq araşdırmaları göstərir ki, hazırda mobil internet sürətinə görə “Azercell” “Best in class” kateqoriyasında ən yaxşı operatordur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi BakıAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar