Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur YAP-çı: “İstəyirlər ki, Azərbaycanda ağıllı adam az olsun“

Məlum olduğu kimi, ötən gün Azərbaycanda magistraturaya qəbul imtahanı baş tutub.

İmtahan bitən vaxtdan etibarən bakalavrlar sosial şəbəkələrdə suaların çətinliyindən şikayət etməyə başlayıb.

Dövlət İmtahan Mərkəzinin rəsmi “Facebook” səhifəsində paylaşılan posta diqqət etdikdə görürük ki, əksər imtahan iştirakçısının sualların çətinliyi səbəbilə test bankını tam şəkildə oxumağa vaxtı çatmayıb. Tələbələr ən çox da məntiq və informatika fənnində problemlə üzləşdiklərini vurğulayıblar.

Qeyd edək ki, əksəriyyət bunun Dövlət İmtahan Mərkəzi tərəfindən tələbələri yay aylarında baş tutacaq ikinci magistratura imtahanına sövq etmək üçün məqsədyönlü şəkildə həyata keçirildiyini deyir.

Məsələyə münasibət bildirən məşhur "91-lər"in nümayəndəsi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, mövcud vəziyyətdən 30 ildir narazıdır:

“Mən də 30 ildir ki, bu işdən narazıyam. Magistratura təhsili almaq istəyənlər kimlərdir? Azərbaycan gəncliyinin qabağcıl, dərrakəli, ağıllı hissəsi! Bunlar Azərbaycanda çoxdurmu ki, onları imtahan edirlər? Elə ixtisaslar var ki, yerlər tamamilə boş qalır. Belə olan halda növbə düzməyə nə ehtiyac var?! Bu, mənasız və məntiqsizdir. Azərbaycan gəncliyində magistr olmaq istəyənlər çox deyilsə, axı bu cür addımlar atmaq nəyə lazımdır? Əksinə, biz onlara sağ ol deməliyik ki, daha yüksək səviyyədə təhsil almağı istəyirlər. Ancaq bizi istəməyən qüvvələr buna mane olmağa çalışar. İstəyərlər ki, Azərbaycanda ağıllı adamların sayı az olsun. Yorulmuşam. O yerdə imtahan apararlar ki, orada buna ehtiyac var. Bizim yaxşı hüquqşünasımız, yaxşı həkimimiz varmı ki, bunu edək? İcazə verilsin, kim bacarırsa, daha yüksək səviyyədə təhsil alsın. Bütün imkanlı şəxslər müalicəni xaricdə alır. Ölkədə etimadını doğruldacaq, güvənəcəyin 3-4 vəkil var. Gəlin, belə vəziyyətdə hələ bir imtahan götürək... Olmaz belə. İmtahanı o vaxt götürərlər ki, yer 1 olar, istəyən isə 100! Bizdə yer 1-dir, heç istəyən 1 nəfər də yoxdur. Nəyə lazımdır bu imtahan? İmtahan götürməyin öz məntiqi var, o məntiqdən çıxmaq lazım deyil”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar