Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur milyarderdən uğurlu həyat üçün 4 tövsiyə

"Microsoft"un həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanlara həyatda şəxsi uğur əldə etmək üçün dörd tövsiyə verib.

Poliqon.info lent.az-a istinadən bildirir ki, məşhur milyarder hər bir insana özünü başqası ilə müqayisə etməməyi məsləhət görür: "Bunu etsəniz, özünüzü təhqir etmiş olarsınız". İş adamı hesab edir ki, bu cür müqayisə gələcək inkişaf üçün "tələ"dir. Bu, özünə şübhə və lazımsız narahatlığa səbəb olur.

Qeytsin ikinci tövsiyəsi səhvləri qiymətləndirmək və onlardan dərs almaqdır: "Uğuru qeyd etmək gözəldir, amma uğursuzluqdan dərs almaq daha vacibdir". Milyarderin sözlərinə görə, uğur çox vaxt "hər şey və ya heç nə" kateqoriyasında qəbul edilir. Bu şərh uğursuzluq qorxusu yaradır və öz işlərində risk etmək cəhdlərinə mane olur.

Geyts, həmçinin tövsiyə edib ki, insan öz həyatı üçün məsuliyyət daşımalıdır, o cümlədən şəxsi maliyyə müstəqilliyi məsələlərində. "Əgər kasıb doğulmusansa, bu, sənin günahın deyil. Amma kasıb ölürsənsə, günah sənindir", - deyə o bildirib. İqtisadi çətinliklər və ya uşaqlıqda sosial çatışmazlıq səbəbindən olan yoxsulluq insanların şüurlu şəkildə etdiyi seçim deyil. Bununla belə, Qeyts əmindir ki, qəbul edilən qərarlar gələcəkdə yoxsulluqdan xilas olmaq üçün insan həyatına əhəmiyyətli dərəcədə təsir edir.

Dördüncü tövsiyə isə həyatın uğurlu dövrlərində özündənrazılıq hissləri ilə mübarizə aparmağın vacibliyi ilə bağlıdır. "Uğur pis müəllimdir. Bu hiss özündənrazılığa səbəb olur ki, bu da öz növbəsində yeniliyə cəhd etməyin və daha da inkişaf etmək istəyinin qarşısını alır. Bununla mübarizə aparmaq üçün insan yeni ideyaları təşviq etməli və riskli qərarlar qəbul etməkdən çəkinməməlidir", - deyə o vurğulayıb.

Poliqon.info 


 
 


Etiket: Bill Qeyts


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar