Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların həyata keçirilməsində operator bank müəyyən edib

Mərkəzi Bank nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsini həyata keçirir...

Bu çərçivədə ilk dəfə olaraq öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsi prosesinə başlanılıb.

Bu barədə Poliqon-a AMB-dən bildirilib. Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə, o cümlədən müvafiq emal infrastrukturuna, adekvat avadanlıq parkına, ixtisaslaşmış kadr potensialına, xüsusi təhlükəsizlik standartlarına və s. cavab verən və bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən “Kapital Bank” ASC nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edilib.

Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni operator banklar müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar