Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır? - DİM-ə etiraz

“Ali məktəblərə qəbul zamanı abituriyentlərin yüksək bal toplamamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, sovet dönəmində məntiq, fəlsəfə və iqtisadiyyat ayrıca fənn kimi tədris olunurdu:

“Çox təəssüf ki, bu gün bunların heç biri tədris edilmir. Amma bir məsələ var ki, hazırda bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara bağçaya qəbul zamanı da məntiqdən sual salırdılar.

Hazırda Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi bütün imtahanlarda məntiqdən çoxlu sayda sual salınır. Məntiqlə yanaşanda orta məktəbdə şagirdə nə öyrədilibsə, ondan da o soruşulmalıdır. Halbuki, məntiq heç yerdə tədris olunmur. Məntiq keçilmirsə, şagirdə, abituriyentə niyə məntiqdən sual verilir? Bax bunu anlamaq olmur”.

Nadir İsrafilov məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət olduğunu qeyd edib:

“Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxəyyülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin yüz faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var.

Adi misal çəkim. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yenilikləri də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə çıxış edir”.

Ekspert hesab edir ki, tələb olunan istənilən məsələnin bazası olmalıdır:

“Əgər orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar