Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən...” - Seyran Səxavət

Azərbaycan cəmiyyəti hər zaman müxtəlif kontekslərdən tənqid olunur. İnsanlar çox vaxt öz uğursuzluqlarına “şərik” axtarır. Müvəffəqqiyətsizliklərini başqalarının ayağına yazmağa çalışır, bəzən bir-birinin quyusunu qazırlar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət bunu hamıya şamil etməyin düzgün olmadığını deyib:

“Bu məsələ hər zaman gündəmdə olmalıdır. “Bütün Azərbaycan bir-birinin ayağının altını qazır” demək də qətiyyən düzgün deyil. Ümumiyyətlə, bu fikri yığışdırmaq lazımdır. Adi bir misal çəkək, bir uşağa davamlı olaraq “Sən pis uşaqsan” desən, o heç vaxt yaxşı olmaq haqqında fikirləşməyəcək. Deyəcək ki, onsuz da yaxşı olsam da, pissən deyəcəklər. Bu psixoloji məqamdır. Millət də uşaq kimi bir şeydir, həddi-büluğa çatmır, həmişə uşaqdır. Ona görə də bu tip söz-söhbətləri yığışdırmaq lazımdır. Əgər mənim iradəmlə olsaydı bu söhbəti tamamilə yığışdırardım.

Bu günə qədər adamlar olub ki, artıq onlar məşhurdurlar. Mən vaxtilə nəinki onların ayağından çəkmək, əksinə belimə mindirmişəm ki, bir az da boy-buxunları yaxşı görünsün. Söhbət ədəbiyyat sahəsindən gedir.

Ümumiyyətlə ictimai sahədə, ədəbiyyatda və başqa yerlərdə o qədər yaxşı insanlar var ki, onlar başqalarının əlindən tuturlar, köməklik göstərirlər. Bir məsəl var, deyir, bəzən bir dana naxırı korlayır”.

Yazıçı belə mövzulara həssas yanaşılmalı olduğunu bildirib:

“Xainlik deyilən bir şey var, əgər siz bir qonşunuza qarşı xainlik edirsinizsə, deməli, lazım gələndə vətən xaini də ola bilərsiniz. Sadəcə miqyaslar fəqlidir. Əvvəllər mənfur, alçaq, süfrəmizin qırıntısı ilə böyüyən ermənilər bir məsəl yaratmışdılar: Ertməni aşığın dilini, müsəlman ustanın da əlini kəsmək lazımdır. Bunun da mənası o idi ki, yəni ermənidən aşıq olmaz, azərbaycanlıdan da usta. Məgər bizim ustalarımız yoxdur? Abşeron yarımadasında, bölgələrdə evlər tikilir, onlar hamısı bizim ustaların əli ilə tikilib. Belə mövzularda bir az ehtiyatlı olmaq lazımdır. Millətin boynuna qoyub demək olmaz ki, siz bir-birinizin ayağından dartırsınız. Onda həm də bir-birinə əl tutan, kömək edən millətin nümayəndələri də inciyirlər. Milli psixoloji kəsikdə bir qədər ehtiyatlı olmaq lazımdır, o kəsik minalanmış torpaq kimidir, gərək ehtiyatla addımlayıb, danışasan.

Mən qətiyyən bu fikirlə razı deyiləm. Bu millətdə bir-birinin ayağından çəkməyi 75 ildə demək olar ki, görməmişəm. Arada qardaş-bacı arasında bəzi münaqişələr olur, amma bu dünyanın hər yerində var. Lakin millət olaraq bir-birinin ayağından çəkən millət deyilik. Çayışmayan cəhətlərimiz var, düzdür, amma bu yerdə razılaşmıram. Tək-tük kimlərsə ola bilər ki, kiminsə ayağından çəkir. Əgər ayaq bərkdirsə, ona heç nə olmayacaq, qoy çəksinlər, onsuz da zəhmətləri əllərində qalacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar