Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli qızların ard-arda baş verən intiharı... - Verter sindromu?

Son zamanlar paytaxtda məktəbli qızların intihar halları baş verir...

Psixoloq: “Əslində, bu kimi intiharların səbəblərini araşdırmaq lazımdır. Yəni, cinayəti işi açılmalı və ard-arda baş verən məktəbli qızların intiharları ilə bağlı əlaqələrin olub-olmaması araşdırılmalıdır”.

“Məktəbli qızların ardıcıl intiharlarının Verter sindromu olduğunu düşünmürəm. Çünki 2, 3 nəfərin intiharı ilə Verter sindromu olmur”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı ard-arda baş verən məktəbli qızların intiharlarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi srağagün Bakıda məktəbli qız intihar etdi. Bu barədə sosial şəbəkədə məlumat yayıldı. Bildirildi ki, hadisə Nəsimi rayonu, Abbas Səhhət küçəsi 69-da baş verib. Şəxsiyyəti bilinməyən məktəblinin həmin binaya repetitor yanına getdiyi deyildi.

Qeyd edək ki, Xırdalanda da son zamanlar ard-arda məktəbli qızların intihar halları baş verir.

Bəs məktəbli qızların ardıcıl intiharlarının hansı səbəbləri ola bilər? Bu hadisələrin eyni psixologiya və eyni yaş qrupunda olması Verter sindromunu xatırlatmırmı?

İntihar mövzunu Poliqon-un əməkdaşı psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

Fərqanə Mehmanqızı: “Biz intiharlar haqqında nə qədər şişirdilmiş, böyük danışsaq, artıq bu sindroma çevrilə bilər”.

Şagird universitetə girmədi intihar etdi, filankəsi güclə ərə verdidirlər intihar etdi kimi hadisələrə ah-nalə çəkilməli olmadığını, çıxış yolları tapılmalı olduğunu qeyd edən psixoloq xatırladıb ki, belə olan halda, intihar kənarda qalar və biz çıxış yollarını demiş olarıq:

“Əslində, bu kimi intiharların səbəblərini araşdırmaq lazımdır. Yəni, cinayəti işi açılmalı və ard-arda baş verən məktəbli qızların intiharları ilə bağlı əlaqələrin olub-olmaması araşdırılmalıdır. Bu məsələnin hər hansı bir psixoloji ruh halının, yaxud oyunun, yaxud da gizli cinayətin olmasına aydınlıq gətirilməlidir.

Məktəbli qızların ardıcıl intiharlarının Verter sindromu olduğunu düşünmürəm. Çünki 2, 3 nəfərin intiharı ilə Verter sindromu olmur. Bu hadisələrin Verter sindromu olduğunu deyib, özümüzü piayar edib, hay-haray sala bilərik. Amma bu düzgün deyil. Çünki bu cəmiyyətə mənfi enerji, rəy verə bilər. Biz sindrom deməklə, əslində belə hadisələri sindroma tətikləmiş ola bilərik. Eyni zamanda, biz intiharlar haqqında nə qədər şişirdilmiş, böyük danışsaq, artıq bu sindroma çevrilə bilər.

İntiharlardan nə qədər az danışılsa, insanlarda intihar bir çıxış yolu kodlarşdırması olmasa, o qədər də beyinlərin yaddaşlarından çıxar. Amma şagird universitetə girmədi intihar etdi, filankəsi güclə ərə verdidirlər intihar etdi kimi hadisələrə ah-nalə çəkilməli deyil, çıxış yolları tapılmalıdır. Belə olan halda, intihar kənarda qalar və biz çıxış yollarını demiş olarıq. Amma çox təəsüf ki, bu gün saytlar xəbər başlığı olaraq, 14 yaşlı qız intihar etdi yazırlar. İntihar yox, çıxış yolumuz nədir başlığı altında xəbərlər verilsə, daha yaxşı olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar