Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbə mühafiəçi ilə gələn şagird haqda açıqlama: “Uşağın oğurlanmasından qorxurlar”

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədəki hesabında övladının təhsil aldığı məktəbə şagirdlərdən birinin mühafizəçi ilə gəlib-getdiyi, hətta həmin mühafizəçinin dərsdə belə oturduğu ilə bağlı məlumat yayıb...

Maraqlıdır, hər hansı bir mühafizəçinin şagirdlə birlikdə sinfə daxil olması,  dərsdə oturması nə dərəcədə doğrudur? Moderator.az-a açıqlama verən təhsil eksperti, professor Şahlar Əsgərov bu kimi halların arzuedilməz olduğunu vurğuladı və problemin arxasındakı səbəblərə aydınlıq gətirdi: 

“Hesab edirəm ki, şagirdin dərsə mühafizəçi ilə gəlməsini, mühafizəçinin sinifdə oturmasını  istənilən vətəndaş qeyri-qənaətbəxş bir hal kimi qiymətləndirər. İnşallah, ölkəmiz bu mərhələni tez keçirər. Əgər rüşvətxorlar tez tutulsa, o zaman buna ehtiyac qalmayacaq.

Uşağı mühafizəçi ilə aparmaq nəticədir. Biz bunu doğuran səbəbə diqqət yetirməli, buna aydınlıq gətirməliyik. Mühafizəçini uşağı qorumaq üçün tuturlar. Deməli, uşağın oğurlanmasından qorxurlar. Mühafizəçi onu qoruyursa, deməli, ya həmin uşağın valideyni çox böyük günah və ədalətsizlik edib, qorxur ki, bunun heyfini ondan alacaqlar. Ya da çox böyük oğurluq pullara sahibdir. Düşünür ki, uşağı oğurlayıb əvəzində ondan pul tələb edə bilərlər. 

Bizim idarə edənlərin içindəki nanəciblər sıradan çıxanda buna ehtiyac olmayacaq. Bu, bizim inkişafımızın bir mərhələsidir. Bir kallıq, yetşməməzlik mərhələsidir. Bu, mədəni dünyaya xas olmayan bir haldır. Hər kəs öz layiq olduğu yerdə oturanda, bu hallar da öz həllini tapacaq”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar