Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev: ABŞ Qəzzada xəstəxanaya hücuma görə məsuliyyət daşıyır

ABŞ Qəzzada 800-dən çox insanın ölümü ilə nəticələnən xəstəxanaya hücuma görə məsuliyyət daşıyır...

Poliqon xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı zərbənin İsrail ordusu tərəfindən həyata keçirildiyini bildirsə də, Təl-Əviv insidentdə iştirakını inkar edib. İsrail ordusu baş verənlərə görə “İslami “Cihad” qruplaşmasını günahlandırıb.

Medvedev qeyd edib ki, Qəzzada xəstəxanaya edilən hücumu “dəhşətli müharibə cinayəti” hesab etmək olar.

“Bunun üçün son məsuliyyət müxtəlif ölkələrdə və müxtəlif qitələrdəki müharibələrdən həyasızcasına pul qazananların üzərinə düşür. Demokratik dəyərləri qorumaq üçün qlobal missiyasını yalandan elan edənlər, hərbi-sənaye kompleksini yükləyərək, düşünmədən silahlara böyük miqdarda pul xərcləyənlər buna görə məsuliyyət daşıyırlar. Yəni Amerika Birləşmiş Ştatları”, deyə Medvedev Telegram kanalında yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar