Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında... - Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Nigar Camalın bu gün keçirilən klip təqdimatında iştirak edib

"Eurovision 2011" qalibi Nigar Camal Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birgə "Get həyatımdan" adlı klipi üçün kamera qarşısına keçib. Sözügedən klipin bu gün təqdimat mərasimi baş tutub.

Mətbuat konfransında açıqlama verən müğənnini bildirib ki, Murad Qulubəyli ilə tərəf müqabili olmaq çox xoşdur:

"Murad klipdə rolunu elə gözəl oynayıb ki, hamı düşünürdü ki, sevgiliyik. Amma yox, biz yaxşı dostuq.

Ekran işi sevgidən bəhs edir. Bu mahnı qadının həyatında görmək istəmədiyi kişiyə ismarışıdır. Məncə, hər bir qadın sevdiyi insandan diqqət və sevgi gözləyir. Bir neçə dəfə səbir edir, səhvlərə göz yumur, amma qarşı tərəf səhvini düzəltmək istəmirsə, "həyatımdan get" deyir".

M.Qulubəyli də öz növbəsində etiraf edib ki, Nigar Camalın təklifini məmnuniyyətlə qəbul edib və bu iş onun üçün böyük bir təcrübə olub:
"Gələcəkdə özümü aktyor kimi sınamaq istərdim, ən böyük arzularımdan biridir. Atam etiraz etmir, hər addımı dəstəkləyir. Gördüyünüz kimi, təqdimatda da məni tək qoymayıb".

Tədbirdə çıxış edən Mədət Quliyev həm Nigar Camala, həm də oğluna yaradıcılıq uğurları arzu edib və hər kəsin qarşısından gələn Novruz bayramını təbrik edib.

Xatırladaq ki, Murad və Nigar çəkiliş zamanı lentə alınan şəkilləri sosial şəbəkədə yayımlanmış və böyük maraq doğurmuşdu.(Publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar