Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

May ayında Azərbaycan neft satışından nə qədər gəlir əldə edəcək?

Gələn ay satılan hər bir barreldən gəlir neçə manat, ya da dollar səviyyəsində ola bilər?.

İqtisadçı-ekspert: “Azərbaycanda da kifayət qədər ciddi azalmalar müşahidə olunacaq. Amma Azərbaycan Rusiyaya nisbətən daha yaxşı durumdadır”.

“İndiki hasilatın azalmasını da nəzərə alsaq ən yaxşı halda may ayında təqribən 450 min barrel gündəlik neft ixracatını həyata keçirəcəyik”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli may ayında Azərbaycan büdcəsinin neft satışından nə qədər gəlir əldə edəcəyini PİA.az-a şərh edərkən qeyd edib.

Bloomberqin hesabatına görə may ayında Rusiyanın neft ixracı 87% azalacaq və Rusiya büdcəsinin hər barraelə görə qazancı ən miniumua, 1 dollara düşəcək.

Bəs may ayında Azərbaycan büdcəsi neft satışından nə qədər gəlir əldə edə bilər? Yəni satılan hər bir barreldən gəlir neçə manat, ya da dollar səviyyəsində ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər 450 min barrel neft ixrac edəcəyiksə, maya dəyəri və hasilatın pay bölgüsünə uyğun bölgünü çıxsaq təqribən hər barrelə görə 5-6 dollar Azərbaycan büdcəsinə əlavə vəsaitin gəlməsi gözlənilir”.

Azərbaycanın Rusiyaya nisbətən daha yaxşı durumda olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlqmasında fikrini onunla əsaslandırıb ki, bizdə neft tamamilə dövlətin əlindədir və neftdən gələn gəlirlər birbaşa dövlətə aiddir. Rusiyada isə neft bazarına əsasən özəl şirkətlər nəzarət edir:

“Əvvəla onu deyim ki, Rusiya ilə bağlı proqnozda neftin həcm olaraq azalmasından söhbət getmir. Rusiyada neftin ixracatından gələn gəlirlərin kəskin azalmasından söhbət gedir. İndiki qiymətlərə baxanda görürük ki, doğrudan da büdcəyə maksimum bir dollar düşəcək. Bu da Rusiya iqtisadiyyatına mənfi təsir göstərir.

May ayında Rusiyanın gündəlik ixracatı təqribən 6-7 milyon barrel olacağı gözlənilir. Deməli büdcəyə də cəmi gündəlik 6-7 milyon dollar daxil ola bilər. Əvvəllər isə bu rəqəm ən azı bundan 8-9 dəfə çox idi.

Azərbaycanda da may ayında istehsalın azalması gözlənilir. Çünki OPEK+ anlaşması çərçivəsində Azərbaycan may, iyun aylarında hasilatı günlük 164 min barel azaltmalıdır. Bu da böyük rəqəmdir. Hətta bunun azalması yolları ilə bağlı hələ ki, iş planı təsdiqlənməyib. Əgər bu öhdəliyi yerinə yetirsək həcm olaraq neft istehsalı və ixracatından azalma müşahidə olunacaq.

Natiq Cəfərli: “Neftin qiyməti yəqin ki, ən yaxşı halda 25-30 dollar civarında olacaq”.

Azərbaycan neftinin bu günkü fiziki qiyməti təqribən 21-22 dollar civarında dəyişir. Neft bazarında olan qiymətlər də, bu günkü onlayn qiymətlər də real bazada kəskin uçurum yaradıb. İndiki hasilatın azalmasını da nəzərə alsaq ən yaxşı halda may ayında təqribən 450 min barrel gündəlik neft ixracatını həyata keçirəcəyik.

İxracın təqribən 80 faizi Azərbaycanın payına düşür. Yəni neftin 80 faizi Azərbaycanın payına düşən neftdir. Neftin qiyməti yəqin ki, ən yaxşı halda 25-30 dollar civarında olacaq. Buna görə də 450 min barrel neft ixrac edəcəyiksə, maya dəyəri və hasilatın pay bölgüsünə uyğun bölgünü çıxsaq təqribən hər barrelə görə 5-6 dollar Azərbaycan büdcəsinə əlavə vəsaitin gəlməsi gözlənilir.

Azərbaycanda da kifayət qədər ciddi azalmalar müşahidə olunacaq. Amma Azərbaycan Rusiyaya nisbətən daha yaxşı durumdadır. Çünki bizdə neft tamamilə dövlətin əlindədir və neftdən gələn gəlirlər birbaşa dövlətə aiddir. Rusiyada isə neft bazarına əsasən özəl şirkətlər nəzarət edir. Onların vergiləri büdcəyə daxil olur. Buna görə də bizim vəziyyətimiz Rusiyadan daha yaxşıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar