Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masazır bələdiyyə sədri işçisini döyüb komaya saldı – Vəziyyəti ağırdır

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib

Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib

Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.

Qohumlarının sözlərinə görə, əlbəyaxa dava zamanı Ürfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün hüşünu itirərək yerə yıxılıb. Ürfət Hüseynov hazırda Respublika Klinik Xəstəxanasında reanimasiyadadır.

Məlumata görə, Siyanfər Əliyev məsələnin şişirdilməməsi üçün əlindən gələni edir. S.Əliyevin barışıq üçün bir neçə ağsaqqalla minnətçi düşdüyü bildirilir.

Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu xəstəxananın ikinci reanimasiya şöbəsində yatır və hazırda vəziyyəti ağır qiymətləndirilir.

O da bildirilir ki, S.Əliyev daha əvvəl də başqa bir bələdiyyə üzvü ilə dalaşıb, onu başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub. (milletinsesi.az)

pia.az



Şərh yazın.

Yashar

Belediyye sedrlerini icra hakimiyyetleri qoyanda belede olacaq..


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar