Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda intihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürübmüş

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 15-i saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib. 2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

Məlumata görə, K. Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi haqda polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası "darıxıb, Sumqayıta xalasıgilə gedibmiş" deyərək rəsmilərə şikayəti olmadığını bildirib.

Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib. Faktla bağlı araşdırma aparılır.

pia.az 


Etiket: İntihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Ən çox oxunanalar