Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makrona xəbərdarlıq edildi – ölkədə qiyam olacaq

Hurriyyet.org xəbər verir ki, Fransada hərbçilər Prezident Emmanuel Makrona ikinci dəfə bildiriş göndərərək, “vətəndaş müharibəsi”nin ola biləcəyi barəsində açıq xəbərdarlıq ediblər.

Fransada bütün rütbələrdən hərbçilərin birləşdiyi qrup Prezident Emmanuel Makron, nazirlər, millət vəkilləri və generallara “ölkədə daxili müharibə baş verəcəyi və bu vəziyyətdə ordunun intizam yaradacağı” barəsində xəbərdarlıq verib.

“Anadolu Agentliyi”nin Fransa mətbuatına (“Valeurs Actuelles”  jurnalına) istinad elədiyi xəbərdə hərbçilərin Emmanuel Makrona, nazirlərə, millət vəkillərinə və generallara müraciətində belə deyildiyi bildirilir: “Fransanın düşmənləri ilə mübarizə edən və 21 aprel tarixli açıq məktuba imza atan təqüddə olan general, təqaüddə və xidmətdə olan zabitlər iqtidara problem yaradan şəxslər adlandırılır, lakin onların yeganə xətası ölkəni sevməkdir. Xidmətdə olan hərbçilər qanuna görə, üzləri açıq şəkildə çıxış eləməsələr də, baş verənlərə qarşı səssiz qalmaları mümkün deyil. Aramızdan bəziləri Əfqanıstan, Mali, Mərkəzi Afrika və digər yerlərdə düşmən atəşini görüb. Bəziləri xidmət zamanı həlak olub. Bizim torpaqlarımızda güzəştə getdiyiniz islamçılığı yox eləmək üçün canlarını ortaya qoydular”.

Bildirişdə hərbçilərin demək olar ki, hamsının ölkədə terrorla münbarizə adı ilə başladılarn Sentinelle (Növbətçi) əməliyyatında xidmət elədiyi deyilir.

 “Bəzi dini icmalar Fransa üçün heç nə ifadə eləmir, təhqir və hətta nifrət mövzusundan başqa heç bir şey deyil”. “Şəhər və qəsəbələrimizdə zorakılıq görürük. İctimaiyyətə açıq sahələrdə və cəmiyyətdəki çəkişmələrdə məzhəbçiliyin olduğunu, Fransaya və tarixinə qarşı nifrətin normaya çevrildiyini görürük. Bunu söyləmək hərbçilərin işi deyil, amma peşəkar müşahidələrimiz bunu deməyə əsas verir”.

Bu halın başqa ölkələrdə də müşahidə edildiyini, xaos və zorakılığın yaranacağı və mülki qiyamın baş verəcəyi iddia edilir:

 “Əgər daxili müharibə baş verərsə, ordu öz torpaqlarında intizamı təmin edəcəkdir – çünki, bu ondan tələb ediləcək. Belə qorxunc vəziyyətin yaranmasını heç kim istəməz. Böyüklərimiz (təqaüddə olan hərbçilər) də istəməyəcək. Amma, bəli, yenə Fransada səssizcə daxili müharibə hazırlıqları gedir və siz bunu yaxşı bilirsiniz”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar