Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makeyin ölümü ilə Lukaşenko Qərblə olan kanalını itirdi – Sergey Markov

Rusiyalı politoloq hesab edir ki, Belarusun xarici işlər naziri Vladimir Makeyin qəfil ölümü Lukaşenkonun Qərblə olan əlaqələrini də yoxa çıxardı…

PİA.az xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makeyin qəfil ölümü ətrafında müxtəlif şərhlər Rusiya mətbuatının əsas mövzularından biri olaraq qalır. Makeyin ölümü ilə bağlı sosial şəbəkədə maraqlı şərh yazanlardan biri də Kremlə yaxınlığı ilə bilinən polotoloq Sergey Markov olub.

Markov bildirib ki, Vladimir Makey Qərbin Ukraynada hakimiyyətə gətirmək istədiyi əsas fiqur olub:

“Belarusun mərhum xarici işlər naziri Makey Lukaşenkodan sonra Qərbin Belarusda hakimiyyətə gətirmək istədiyi qərbyönlü hökümətin əsas fiquru idi. Onun ölümü Belarusun Rusiyadan uzaqlaşmasının imkansızlığının simvoluna çevrildi. Makey də məhz bunu edirdi, Belarusu Rusiyadan uzaqlaşdırırdı. Belarusda hakimiyyət dəyişikliyi baş verdiyi halda məhz Makey prezident kürsüsünə sahiblənəcəkdi”, deyə politoloq bildirib.

Markov Belarus prezidentliyinə əsas namizəd olan Makeyin Lukaşenkonun komandasında əsas fiqurlardan birinin olmasına da aydınlıq gətirib:

“Lukaşenko niyə onu uzun müddət XİN rəhbərliyində saxlayırdı? Çünki hesab edirdi, Makey ona Qərblə əlaqə saxlamaq üçün lazımdır. O, Makeyi Qərblə özünün arasında əsas kanal olaraq görürdü. İndi isə bu kanal yoxa çıxdı, deyə rusiyalı politoloq vurğulayıb.

Qeyd edək ki, Vladimir Makeyin oğlu Vitali Makey 2020-ci ildə Minskdə xalq etirazları zamanı tutduğu vəzifədən istefa verərək Avropaya qaçmışdı. O, Xarici İşlər Nazirliyində Belarus diplomatiyasının çoxşaxəli inkişafı ilə məşğul olurdu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar