Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahaçqalada baş verən partlayışın səbəbi bəlli olub - 100 tona yaxın selitra…

Mahaçqalada yanğının başladığı avtoservisdə 100 tona yaxın partlayıcı selitra saxlanılıb…

Poliqon xəbər verir ki, bu barədə “Shot” telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, yerli iş adamı avtomobil servisinin ərazisində anbar icarəyə götürüb. İş adamı anbarda ammonium nitrat və satış üçün gübrə saxlayıb.

Təxmin edilir ki, təmir işləri zamanı avtoservisdə yanğın olub və yanğından 100 ton selitra partlayıb. Alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və orada çənlər və qazla dolu maşın da partlayıb. Qazla dolu maşın selitra anbarının qarşısında dayanıbmış.

“Shot” qeyd edir ki, yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması faciəni daha da böyüdüb.

Kanal Mahaçqalada baş verən partlayışı 2020-ci ildə Beyrut limanında baş verən partlayışla müqayisə edib. Beyrutda baş verən partlayış Mahaçqaladakından 50 dəfə güclü olmaqla 1500 ton trotilə bərabər olub. Mahaçqalada baş verən partlayışın ilkin gücü isə 35 ton trotillə qiymətləndirilir.

Qeyd edək ki, Beyrutda baş verən partlayışda 210 nəfər həlak olub. Dağıstanda isə hazırda 35 ölü və 105 yaralı məlumdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar