Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazaların paltardəyişmə otaqlarında silsilə oğurluqlar edən qadın tutulub - Video

İri ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında oğurluqlar edən şəxs saxlanılıb

DİN-dən verilən məlumata görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edilib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltar dəyişmə otaqlarında olan çantalarından ümumilikdə 3000 manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.

Nərimanov Rayon Polis İdarəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini Günel Quliyeva saxlanılıb.

Qeyd edək ki, G.Quliyevanın etdiyi oğurluqlar mağazaların təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltar dəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.

Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib

Kamal Kılıçdaroğlu Hulusi Akara təzminat ödəyəcək

Ən çox oxunanalar