Venesuela prezidenti Nikolas Maduro neft şirkətlərinə Essequiboda işləri başa çatdırmaq üçün üç ay vaxt verib...
Venesuela prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini - Essekibo-nu ölkənin 24-cü ştatı elan edib.
Poliqon xarici mətbuata əsasən xəbər verir ki. bu barədə “Ultimas Noticias” məlumatına görə, Maduro Venesuela Milli Assambleyasını mübahisəli əraziləri qorumaq üçün qanun qəbul etməyə çağırıb. Region Qayana-Essekiibo adlandırılıb.
Nikolas Maduro ilhaq edilmiş ərazidə qaz, neft və faydalı qazıntıların istehsalı üçün lisenziya verən departamentlərin yaradılmasını təklif edib. Bölünməmiş dənizdə fəaliyyət göstərən neft şirkətlərinə əməliyyatları başa çatdırmaq üçün üç ay vaxt verib.
“Yalnız yaxşılıqla, beynəlxalq hüquqa hörmətlə, qanunlara hörmətlə, mehriban qonşuluğa hörmətlə biz bu məsələlri həll etməliyik”, deyə Maduro bildirib.
Venesuela prezidenti həmçinin parlamentə “Qayana tərəfindən bölünməmiş dənizdə birtərəfli qaydada verilmiş güzəştlərlə fəaliyyət göstərən” şirkətlərlə müqavilə bağlamaq qadağanını müzakirə etməyi tapşırıb. O, həmçinin əlavə edib ki, yaxın gələcəkdə “bütün məktəblərə, kolleclərə və universitetlərə” Venesuelanın yeni xəritəsi göndəriləcək.
Qeyd edək ki, dekabrın 4-də referendum keçirilib, nəticədə Venesuela vətəndaşlarının təxminən 95%-i Essekiibonun Venesuelaya daxil daxil edilməsinə səs verib. Mübahisəli ərazidə zəngin neft və qaz yataqları aşkar edilib. Qayana prezidenti İrfaan Əli referendumu Venesuelanın bölgəni ilhaq etməsinin səbəbi adlandırıb.
Poliqon.info