Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lyuk Frensis Kerol: “Fransa həyatımızın bir çox sahələrinə mənfi təsir göstərir”

“Fransa həyatımızın bir çox sahələrinə mənfi təsir göstərir”...

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Müstəmləkəçilik siyasəti iqtisadiyyatımıza ciddi təsir edir. Kənd təsərrüfatı məhsullarımızın hamısı Fransaya göndərilir. Bu, mədəniyyətimizə də təsir edir. Dilimizin fransız dili ilə bərabər olmasını və öz dilimizdə ünsiyyət qurmaq istəyirik. Təşkilatımız da bir çoxları kimi bu ədalətsizliyə son qoymaq üçün mübarizə aparır. Fransa bilməlidir ki, bu, həyatımızın bir çox sahələrinə çox mənfi təsir edib”, - o vurğulayıb.

Lyuk Frensis Kerol Martinikanın kənar təsirlərdən asılı olmayaraq inkişaf edə bilməsi üçün bütün hüquqlarına hörmət edilməsinə çağırıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Ən çox oxunanalar