Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin yaxın adamını öldürən “Yeraz Camal”a 20 il cəza istənildi

Bu gün 2017-ci ildə Rusiyada "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə "Yeraz Camal" kimi tanınan Camal Həsənovun məhkəmə prosesi başa çatıb...

Poliqon lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror çıxışından sonra məhkəmədən Camal Həsənova 20 il həbs cəzasının verilməsini istəyib. Hakim prosesi təxirə salıb.

Camal Həsənova hökm oktyabrın 18-də veriləcək.

Qeyd edək ki, hadisə 2017-ci ildə Rusiyada baş verib. Belə ki, "Yeraz Camal" ləqəbi ilə tanınan Camal Həsənov qətlə yetirilən Cabir Həsənovun kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu qətlə yetirilməsində iştirak etdiyini eşidib. Bu səbəbdən onu öldürmək üçün Rusiyaya gedib.

"Rövşən Lənkəranski"yə pərəstiş edən "Yeraz Camal" Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedib və C.Həsənovu odlu silahla güllələyərək öldürüb.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində 50 min rubl alıb. Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəticədə Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay