Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda onlarla oliqarxın aktivlərinə həbs qoyulması gözlənilir

Solsberigə “Noviiçok” kimyəvi silahı ilə sui-qəsd həyata keçirmiş iki QRU agenti barədə informasiyanın açıqlanmasından sonra onlarla rusiyalı oliqarxın Böyük Britaniyadakı aktivlərinə həbs qoyulması gözlənilir

Bu haqda “The Daily Mail” nəşri yazıb.

Qəzet hökumətdəki mənbələrə istinad edərək bildirir ki, yaxın alylarda mütəşəkki cinayətkarlıqla mübarizə üzrə Milli agentlik 100-dən çox xarici vətəndaşa qarşı “naməlum mənşəli vəsait hesabına əldə edilmiş əmlak” sorğusu üzrə tədbirlər görəcək. Onlardan çoxu rusiyalıdır.

Böyük Britaniyada qəbul edilmiş qanuna görə bu ölkədə dəyəri 50 min dollardan baha olan əmlak, aktiv əldə edən xaricilər vəsaitin mənbəyini göstərməli, bu pulların qanuni şəkildə qazanıldığını sübut etməlidir. Əks halda onların aktivlərinə həbs qoyulur.

Bir neçə ay əvvəl həmin qanunun cəmi 3 dəfə tətbiq edildiyi üzə çıxanda hökumətin nazirləri kəskin tənqidə məruz qalmışdı. İndi isə bildirilir ki, mütəşəkkil cinayətkarlığa qarşı milli Agentlik 100-dən çox belə sorğu verib. Həmin sorğulara cavab almaq vaxt tələb edir. “Lakin yəqin çoxlarının nəzərindən qaçmayıb ki, Roman Abramoviç kimi oliqarx çoxdandır Britaniyada görünmür”-qəzet yazır.

Baş prokuror Ceffri Koks İcmalar palatasında bildirib ki, yaxın aylarda mənbəyi məlum olmyan pullar hesabına əldə edilmiş əmlaka dair “xeyli sayda” sorğu ilə bağlı addım atılacaq.

Habelə Böyük Britaniya invstor vizası ilə ölkəyə gələn rusiyalıların və “düşmənçilik fəaliyyətinə qarışan” digərlərinin öölkəyə girişini məhdudlaşdırır. Onlara qarşı viza məhdudiyyətləri tətbiq olunur, şəxsi təyyarələri yoxlanılır. “Rəsmi şəxslər artıq ölkədə 2 milyon funt investisiya qoymaqla yaşamağa imkan verən Tier 1 vizası ilə bağlı yoxlamalar aparır”-məlumatda deyilir.

Gözlənilir ki, məhdudiyyətlərlə üzləşən rusiyalı oliqarxlar arasında İqor Şuvalov, Anrey Yakunin, Roman Abramoviç, Oleq Deripaska və digərləri ola bilər.(virtualaz.org,)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar