Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyevanın rəsmləri əsasında sərgi açıldı



Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur


Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib. 

PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunub.

Açılış mərasimində kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib. Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş olunan əsərlərin tarixçəsindən söz açaraq deyib: “Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin tanıdığınız Leyla xanım Əliyeva ilə əməkdaşlıq etmişəm. 

Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.

Stiven Vebster diqətə çatdırıb ki, “mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq və komandamı bunu qeyri-adi və avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır”.

Tədbir iştirakçıları sonra sərgiyə baxıblar.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi martın 31-dək davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Ən çox oxunanalar