Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva və Arzu Əliyeva “Bahariyyə” musiqi layihəsinin təqdimatında iştirak ediblər

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaBakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarda Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, zurna və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyevin təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənilən nəğmələr gecəyə xüsusi rəng qatıb.

Tədbirdən əvvəl, həmçinin dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi dinlənilib. Sonra iştirakçıların sual-cavab sessiyası təşkil olunub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar